• $
  • €
  • ₽
  • ₺
  • £

TAP ilə Avropaya ilk 5 milyard kubmetr Azərbaycan təbii qazı nəql edilib

TAP ilə Avropaya ilk 5 milyard kubmetr Azərbaycan təbii qazı nəql edilib
16.09.2021 14:07
Azərbaycan təbii qazının Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Konsorsiumu Azərbaycandan ümumilikdə 5 milyard kubmetr təbii qazın TAP-ın Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə bağlandığı Yunanıstan-Türkiyə sərhədindəki Kipoi keçid məntəqəsi vasitəsilə Avropaya çatdığını təsdiqləyib.


Bu barədə Anews.az konsorsiumun rəsmi saytına istinadən xəbər verir.


Bununla bağlı TAP-ın İcraçı direktoru Luka Şkieppati (Luca Schieppati) bildirib ki, konsorsium bu mühüm mərhələyə çatmaqdan və TAP-ın Avropa enerji mənzərəsində etibarlı ötürücü sistem operatoru rolunu möhkəmləndirməkdən çox məmnundur.


Onun sözlərinə görə, bir çox bazarlarda enerji təhlükəsizliyi və diversifikasiyasına imkan verməklə yanaşı, TAP vasitəsilə çatdırılan qaz həcmləri, xüsusilə Cənub-Şərqi Avropada enerji keçidini dəstəkləyir: "Bundan əlavə, uzunmüddətli görüşümüzə görə, TAP Avropa İttifaqının enerji keçid məqsədlərinə uyğun olaraq hidrogen, emissiyaların azaldılması kimi karbon neytral enerji mənbələrini nəql etmək imkanlarını axtarmağa davam edəcək”.


TAP-ın Kommersiya direktoru Mariya Savova isə bildirib ki, TAP-ın keçən ilin sonundan bu yana davam edən ardıcıl fəaliyyəti qaz bazarlarında likvidliyi artırsa da, davam edən bazar sınağının olduğunu və TAP-ın iki dəfəyə yaxın artırılaraq mərhələlərlə genişləndirə biləcəyini unutmamaq lazımdır. 2021-ci il bazar testinin məcburi olmayan mərhələsi yenicə başa çatsa da, bütün maraqlı tərəflər qarşıdakı qoşulma mərhələsində iştirak edə bilərlər”.


Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng "Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.


2020-ci il dekabrın 31-dən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.


TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol