• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda alternativ enerjinin istifadəsi üçün xarici investorlar cəlb olunub

Azərbaycanda alternativ enerjinin istifadəsi üçün xarici investorlar cəlb olunub
17.09.2021 15:31
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyin tərkibində "Azalternativenerji" MMC fəaliyyət göstərir. Şirkətin müxtəlif bərpa olunan enerji - günəş, külək enerjisi stansiyaları var. Stansiyalarda istehsal olunan enerji elektrik şəbəkəsinə ötürülür. Bu barədə Anews.az-a nazirlikdən deyiblər.
 
"Cari ilin 31 may tarixində bərpa olunan enerji haqqında qanun qəbul edilib. "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Azərbaycan Respublikasının Qanununda investisiyaların cəlbi üçün mexanizmlər nəzərdə tutulub. Bərpa olunan enerji hərraclarının təşkili və birbaşa cəlbetmə üsulu bu mexanizmlərdəndir. Həm yerli, həm də xarici investisiyanın cəlbi üçün bu mexanizmlər öz müsbət təsirini göstərəcəkdir - deyə, qurumdan bildirilib.

Hazırda Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi işinə xarici investisiyaların cəlbi istiqamətində işlər görülür. Əvvəllər bərpa olunan enerji stansiyaları dövlət hesabına maliyyələşirdisə, hazırda özəl investisiyaların cəlb olunması əsas istiqamətlərdən biridir. Özəl investorlar cəlb olunduqda isə, texniki məsələlər artıq onların məsuliyyətidir.
 
"Ən böyük külək elektrik stansiyası Xızıda yerləşir və Yeni Yaşma külək elektrik stansiyası adlanır. Ümumi qoyuluş gücü 50 meqavat olan stansiyada 20 turbin quraşdırılmışdır. Qobustanda isə günəş, külək və bioenerji stansiyalarını özündə ehtiva edən hibrik elektrik staniya 2011-ci ildən etibarən fəaliyyət göstərir. Adıçəkilən stansiyalar və bir sıra digərləri bu sahədə mütəxəssislərimizin təcrübəsinin artmasına şərait yaratmıdır. Xarici investorlarla bağlı artıq 2 layihəmiz mövcuddur. Acwa Power və Masdar şirkətləri. Acwa Power şirkəti Azərbaycanda öz investisiyası hesabına 240 meqavat gücündə külək elektrik stansiyası inşa edəcək. Masdar 230 meqavat gücündə günəş elektrik stansiyası layihəsini öz investisiyası hesabına reallaşdıracaq".
 
Son 10 ildə də Azərbaycanda bu istiqamətdə təcrübə formalaşıb.  
 
Rafiq Şahbazov

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol