Şirkət rəhbərləri dizelin bahalaşmasına görə Mikayıl Cabbarova müraciət etdi

Bir qrup sərnişin daşıma fəaliyyəti ilə məşğul olan şirkət rəhbərləri iqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət edib.
"Qafqazinfo" xəbər verir ki, müraciətə səbəb dizel yanacağının artması səbəb göstərilib.
Qeyd olunub ki, qiymət artımı xüsusilə ictimai nəqliyyat üzrə daşıyıcı şirkətləri ağır yük altında qoyub. Bildirilib ki, qiymət artımı ilə bağlı qərar elan edilərkən ictimai nəqliyyatın vəziyyətinin ağırlaşmaması üçün dövlət tərəfindən kompensasiya mexanizminin hazırlanaraq tətbiq ediləcəyi bildirilsə də, geridə qalan 9 ay müddətində heç bir addım atılmayıb və daşıyıcı şirkətlərə dəstək verilməyib.
Bundan başqa, pandemiya şəraitində şirkətlərin maliyyə vəziyyətinin pisləşməsi, həmçinin Bakı şəhərində ictimai nəqliyyatın 70 faizə qədərini təşkil edən bu şirkətlər yanacağın bahalaşması səbəbindən daha da çətin vəziyyətlə üzləşdiyi bildirilib.
Məlumata görə, hətta bəzi şirkətlər qarşıdan yeni tədris ilinin başlaması ilə əlaqədar xəttə əlavə nəqliyyat vasitəsi buraxmaq, işini normal təşkil etmək iqtidarında deyil.
Müraciətdə deyilir:
"Koronavirus (COVİD-19) pandemiyası Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə və ölkədə sahibkarlıq subyektlərinə ciddi mənfi təsirlər göstərmişdir, pandemiya şəraitində karantin rejiminin tətbiqi ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayında əhəmiyyətli azalmalara səbəb olmuşdur. Nəticə olaraq, pandemiya nəticəsində həyati vacib sərnişindaşıma sahəsində fəaliyyət göstərən bütün şirkətlərin iqtisadi fəaliyyəti ciddi mənfi təsirlərə məruz qalmışdır.
Tarif (Qiymət) Şurasının qiymət artımı ilə bağlı açıqlamasında dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün kompensasiyanın (subsidiyanın) ödənilməsi və verilməsi mexanizminin cari ilin yanvar ayının sonunadək açıqlanacağı bildirilmişdir. Buna müvafiq olaraq, dizel yanacağına görə subsidiyanın verilməsi üçün tələb olunan müvafiq hesabtlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim olunmuşdur.
Lakin müvafiq hesabatların təqdim edilməsinə baxmayaraq, bu günədək hər hansı bir daşıyıcıya subsidiya ödənişi həyata keçirilməmişdir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























