• $
  • €
  • ₽
  • ₺
  • £

İş zamanı əmək qabiliyyətini itirənlərin aqibəti necə olur?

İş zamanı əmək qabiliyyətini itirənlərin aqibəti necə olur?
22.09.2021 15:53
Rəsmi rəqəmlərə görə, ötən il 250 nəfər istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində həyatını və ya əmək qabiliyyətini itirib. İş günlərinin sayını nəzərə alsaq, bu o deməkdir ki, hər iş günündə ölkədə ən azı 1 işçi ölür və ya əmək qabiliyyətini itirir. Azərbaycanda təkcə sənaye sektorunda çalışan 47 min 408 nəfər sağlamlığı üçün zərərli əmək şəraiti olan iş yerlərində çalışır.
 
Bəs ağır iş şəraitində çalışanlara dövlət hansı xidmətləri göstərir? Vətəndaşlar həyatları üçün təhlükə yaradacaq riskləri necə azalda bilərlər?

Ekspert İlkin İbrahimov deyir ki, işçilər işə başlamadan öncə təhlükəsizlikləri üçün sığorta olunmalıdılar:
 
"İstehsalatda baş verən bədbəxt hadisələr və peşə xəstəlikləri ilə bağlı icbari sığorta növü mövcuddur. Bu sığorta növü adından göründüyü kimi məcburi sayılır. Yəni bütün işə götürənlər məcburi olaraq öz işçilərini sığortalamadırlar. Qanunvericiliyə görə, bu sığorta haqqını sahibkar öz üzərinə götürür. Məsələn, əgər bizim bir şirkətimiz varsa, ora işçi götürürüksə mütləq o işçini həmin müqavilə müddəti üçün icbari sığorta ilə sığortalamalıyıq.  Müxtəlif peşə riskləri var ki, bu risklərə uyğun sığorta haqqı müəyyən olunur. Məbləğ 6 manatdan 50 manata kimi gəlib çıxa bilər. Bu illik müəyyən olunur. Yəni hər ay müəyyən olunmuş məbləğ sığorta üçün ödənilməlidir. Sığortalının il ərzində sığorta hadisəsindən asılı olaraq 10 min manatdan 500 min manata kimi riski qiymətləndirilir. Sığorta halı baş verdikdə bu məbləğ işçiyə ödənməlidir”,-deyə ekspert vurğulayıb.
 
Ekspert bildirib ki, əmək müqaviləsindən fərqli olaraq xidməti müqavilə bağlayan şəxslərin sığortası mübahisəli məsələdir. Yəni sığorta halı baş verdikdə həmin işçilər öncədən sığorta olunmadıqlarına görə, onlara kompensasiya da verilmir.
 
Vətəndaşların can sığortasına nəzarəti İcbari Sığorta Bürosu həyata keçirir.
"İşçilər özlərinin sığorta olunub-olunmadıqlarını öyrənməkçün eloktron hökumət portalında şəxsi kabinetlərinə daxil ola bilərlər. Sözügedən sığorta növünün yoxlanışı ilə bağlı yəni şəhadətnamələrinin olub-olmaması İcbari Sığorta Bürosunun nəzarətindədir. Amma düşünürəm, İcbari Sığorta Bürosu vətəndaşlara daha rahat həll yolunu təklif etməlidirlər. Təəssüf ki, İcbari Sığorta Bürosu bugünədək qapalı işləyir. Məsələn, necə avtomobillərimizin,əmlaklarımızın şəhadətnaməsini isb.az saytında yoxlayırıqsa, biz istehsalatda baş verən bədbəxt hadisələrlə bağlı icbari sığortamızı da belə yoxlaya bilərik",-deyə İbrahimov əlavə edib.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən anews.az-a verilən məlumata görə, 2020-ci il ərzində qurum tərəfindən istehsalatda baş vermiş 228 bədbəxt hadisənin təhqiqatı aparılıb. Təhqiqatı aparılmış hadisələr zamanı 10 müəssisə işçilərini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini itirən şəxsləri icbari sığorta etdirmədiklərinə görə, barələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən izibati xəta haqqında protokol tərtib edilib.
 
Əmək Müfəttişliyi Xidmətinin sözçüsü bildirib ki, sığorta ödənişləri sığorta olunmuş zərərçəkənə aylıq, birdəfəlik və əlavə sığorta ödənişi şəklində verilir:
"Sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı maddi itkilərin bərpası məqsədilə faydalanan şəxsə verilən pul təzminatıdır.
Aylıq sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi ilə bağlı itirilmiş aylıq əmək haqqı əvəzində faydalanan şəxsə verilən pul təzminatıdır.
Birdəfəlik sığorta ödənişi qanunla müəyyən olunmuş qaydada aylıq sığorta ödənişi məbləğlərinin cəm halda birdəfəlik ödənilməsidir. Bu ödənişi sığorta hadisəsi nəticəsində zərər çəkmişə əlilliklə bağlı növbəti müayinə müddəti göstərilmədən təyin edildikdə və ya öldüyü halda verilir
​Sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunana həmin hadisənin birbaşa səbəbi olduğu hallarla bağlı müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzinin ödənilməsinə görə əlavə sığorta ödənişi verilir”,-deyə sözçü əlavə edib.
   
İcbari sığorta 1 aprel 2021-ci il tarixindən etibarən bütün ölkə ərazisində tətbiq edilir. Dövlət Əmək Müfəttişliyinin məlumatına görə,2020-ci ilin sonlarından başlayaraq 2021-ci ilin aprelində yekunlaşan tədbirlərin ilk mərhələsində 620 işəgötürənlə bağlı e-sistem üzərindən araşdırma aparılıb. Onlardan inzibati xəta halları aşkar olunan 156 işəgötürənlə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb. Bu ilin iyulunda ikinci mərhələ kimi, 649 işəgötürənin məlumatları təhlil olunub və onlardan inzibati xəta faktları aşkarlanan işəgötürənlərlə bağlı tədbirlərin görülməsi prosesi davam etdirilir.Bu ilin sentyabrında verilən məlumata görə, icbari sığorta müqaviləsi olmayan 101 min işçi ilə həmin müqavilənin bağlanması təmin edilib.
 
Samirə Əli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol