• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank aztəminatlı ailələrdən olan tələbələri mükafatlandırdı

Kapital Bank aztəminatlı ailələrdən olan tələbələri mükafatlandırdı
25.09.2021 11:05
Sabirabadın millət vəkili Kamal Cəfərovun təşəbbüsü, Kapital Bank-ın və Aqrar İnnovasiya və Təchizat şirkətinin dəstəyi ilə Sabirabad rayonda yaşayan aztəminatlı ailələrin övladlarının ali məktəblərə hazırlığını təmin etmək məqsədilə 2020-ci ilin sentyabr ayından sosial layihə başlayıb. 

Həmin ailənin övladları "Kainat” Tədris Mərkəzində ali məktəblərə ödənişsiz hazırlıq kurslarında iştirak ediblər. Gənclərdən 3-ü yüksək bal yığmaqla, ümumilikdə 7 nəfəri ali məktəbə, 5 nəfəri isə peşə məktəbinə daxil olub. 

Bununla əlaqədar 24 sentyabr 2021-ci il tarixində Bakı Kitab Mərkəzində keçirilən görüş zamanı Sabirabadın millət vəkilləri Kamal Cəfərov və Ramin Məmmədov, Bakı Kitab Mərkəzinin rəhbəri Günel Anarqızı, Kapital Bank-ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov, Aqrar İnnovasiya və Təchizat şirkətinin direktoru Tofiq Niftəliyev, "Kainat” Tədris Mərkəzinin rəhbərliyi, həmçinin digər şəxslər iştirak edib. 

Tədbir zamanı tələbə adını qazanan gənclərə Kapital Bank adından qiymətli hədiyyələr – noutbuklar, planşetlər və smartfonlar hədiyyə edildi. Tədbirdən sonra tələbələr paytaxtın 8 Noyabr prospektində yerləşən Hərbi Qənimətlər Parkını ziyarət etdilər.

Qeyd edək ki, Düşünən Azərbaycan Gənci (DAG) platforması çərçivəsində keçirilən layihədə Sabirabadda yaşayan aztəminatlı ailələrin övladlarının yaşayış səviyyələri təhlil edilib, sonra onlar sınaq imtahlarında iştirak edib və yüksək potensiala malik 12 gənc layihəyə cəlb olunub. 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 21 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.






www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol