• $
  • €
  • ₽
  • ₺
  • £

ASAN-a 47 milyondan çox müraciət daxil olub

ASAN-a 47 milyondan çox müraciət daxil olub
04.10.2021 11:41
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Azərbaycana yeni təyin olunmuş koordinatoru Fatih Yılmazla görüşüb. Bildirilib ki, bu günədək 47 milyondan çox vətəndaş müraciəti qeydə alınıb.


Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "ASAN xidmət”in yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından "ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.


 "ASAN xidmət”in 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi qonaqların diqqətinə çatdırılıb.


Görüş zamanı Dövlət Agentliyi ilə TİKA arasında davam edən uğurlu əməkdaşlıqdan və həyata keçirilən layihələrdən bəhs olunub. Dövlət Agentliyinin sədri TİKA tərəfindən göstərilən dəstəyə görə qarşı tərəfə təşəkkürünü bildirib.


Eyni zamanda 2019-cu ildə Bakıda keçirilmiş BMT Dövlət Xidmətləri Forumu çərçivəsində  tərəflər arasında imzalanmış Niyyət Protokolunun implementasiyası çərçivəsində görülmüş işlər və planlaşdırılan layihələr barədə müzakirələr aparılıb.


Bundan əlavə "ASAN xidmət”in xarici ölkələrdə tətbiqi istiqamətində TİKA ilə birgə əməkdaşlığın vacibliyi vurğulanıb.


Həmçinin "YAŞAT Fondu” ilə birgə layihələrin icra olunması istiqamətində müzakirələr aparılıb.


Fatih Yılmaz Dövlət Agentliyi tərəfindən görülmüş işləri yüksək qiymətləndirdiyini və müvafiq istiqamətlər üzrə davam edən əməkdaşlıqdan məmnunluğunu ifadə edib.


Qonaq "ASAN xidmət” mərkəzinin və "ASAN Radio”nun fəaliyyəti ilə tanış olub.

Sonda qonağa "ABAD”çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol