• $
  • €
  • ₽
  • ₺
  • £

“Günay Bank”dan Rauf Hüseynovla bağlı AÇIQLAMA - YENİLƏNİB

“Günay Bank”dan  Rauf Hüseynovla bağlı AÇIQLAMA - YENİLƏNİB
05.10.2021 11:56
Baş Prokurorluq "Günay Bank"ın iddialarına cavab verib.

Qurumun mətbuat xidmətindən  daxil olan məlumatda deyilir:

"Günay Bank” ASC-nin 7 saylı filialının vəzifəli şəxsləri barəsində daxil olan məlumat əsasında cinayət işinin başlanması ilə bağlı Baş Prokurorluğun mətbuat xidməti tərəfindən 04 oktyabr 2021-ci il tarixdə ictimaiyyət məlumatlandırılıb.

Bu gün "Günay Bank” ASC tərəfindən bir sıra kütləvi informasiya vasitələrinə açıqlama verilərək, iş üzrə təqsirləndirilən şəxs Rauf Hüseynovun guya bir müddətdir ki, tutduğu vəzifədən azad olunduğunu, onun qeyd edilən bankda işlədiyi müddətdə hər hansı qeyri-qanuni əməlinin öz təsdiqini tapmadığını, ümumiyyətlə R.Hüseynovla bağlı yayılan məlumatların "Günay Bank"la heç bir əlaqəsinin olmadığını bildirilib.

Baş Prokurorluq qeyd edilən məlumatı təkzib edərək bildirir ki, Rauf Hüseynov "Günay Bank” ASC-nin 7 saylı filialının müdir müavini vəzifəsində 20 fevral 2018-ci il tarixdən - 29 sentyabr 2021-ci il tarixədək işləyib.

Qanunsuz əməllərlə bağlı daxil olan əməliyyat məlumatı əsasında 15 sentyabr 2021-ci il tarixdə Rauf Hüseynovun çalışdığı bankdakı xidməti otağına baxış keçirilib, aşkar edilən cinayət faktları ilə bağlı 16 sentyabr 2021-ci il tarixdə cinayət işi başlanıb və yalnız bundan sonra, yəni, 29.09.2021-ci il tarixdə R.Hüseynov tutduğu vəzifədən azad olunub",-  deyə qurumdan bildirilib.

Baş Prokurorluq bir daha hər kəsi ictimaiyyətdə çaşqınlıq yarada biləcək bu növ təhrif olunan məlumatları yaymaqdan çəkinməyə çağırır.
 
*****

"Günay Bank” mənimsəmədə ittiham edilən 7 saylı filialın müdir müavini Rauf Hüseynov barədə açıqlama yayıb.

Bankdan verilən məlumata görə, mətbuatda qanunsuz əməlləri ilə hüqUq-mühafizə orqanlarının ittiham etdiyi Rauf Hüseynov bir müddətdir ki, tutduğu vəzifədən azad olunub və onun "Günay Bank” ASC-də işlədiyi müddətdə hər hansı qeyri-qanuni əməli öz təsdiqini tapmayıb.

Qurumun Mətbuat Xidmətindən bildirilib ki, ümumiyyətlə, Rauf Hüseynovla bağlı KİV-lərdə yayılan məlumatların "Günay Bank"la heç bir əlaqəsi yoxdur.

Baş Prokurluğun yaydığı rəsmi açıqlamaya görə, Rauf Hüseynov 2018-2021-ci illər ərzində yaxın qohum və tanışlarının adına 585 şirkət təsis etməklə həmin şirkətlərin müvafiq dövlət orqanlarında qeydiyyata alınmasına nail olub. O, işlədiyi müəssisənin yaxınlığında icarəyə ofis götürüb qanunsuz olaraq ayrı-ayrı şəxsləri işə cəlb etməklə müxtəlif fiziki və hüquqi şəxslərə məxsus ümumilikdə 53 milyon 933 min manat məbləğində pul vəsaitini özünün faktiki idarə etdiyi şirkətlərin bank hesablarına köçürülərək rəsmi möhür və elektron imzalardan istifadə edib nağdlaşdırmasına və bununla da, qanunsuz olaraq xüsusilə külli miqdar təşkil edən 780 min 691 manat məbləğində gəlir əldə etməsinə əsaslı şübhələr yaranıb. İş üzrə toplanan sübutlar əsasında Rauf Hüseynov Cinayət Məcəlləsinin 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmə qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol