AQTA emonitorinqlərə başlayıb

Heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərin qarşısının alınması və onların vaxtında aşkarlanması, habelə ölkə ərazisində epizootik vəziyyətin qiymətləndirilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) epizootoloji monitorinqlərə başlayıb.
Oktyabrın 1-dən başlayan monitorinqlər zamanı respublikanın 59 şəhər və rayonunun 400 yaşayış məntəqəsinin hər birində təsadüfi seçim üsulu ilə müəyyən olunmuş azı 5 fermer və ya ailə təsərrüfatı olmaqla ümumilikdə 15200 baş iribuynuzlu, 76400 baş xırdabuynuzlu heyvandan diaqnostik qan nümunələrinin götürülməsi planlaşdırılır. Götürülmüş qan nümunələri bir neçə xəstəliyə görə müayinə olunduqdan sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasının serum bankında saxlanacaq. Elmi-risk qiymətləndirilməsinin aparılması məqsədilə toplanan qan nümunələri blutanq xəstəliyi üzrə də müayinələrə cəlb olunacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























