Yüksək tələbat neftin bahalaşmasına səbəb olub

Bahalı qaz səbəbindən formalaşmış yüksək tələbat dünya bazarlarında neftin qiymətinin, təxminən, 2% artmasına şərait yaradıb.
Anews.az "Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə 09.04-ə olan məlumata görə, Şimal dənizində hasil olunan "Brent” neftinin dekabr fyuçersləri 1,63% bahalaşaraq, 1 bareli 83,74 ABŞ dollarına satılıb. WTI neftinin noyabr fyuçerslərinin qiyməti isə 2,04% bahalaşaraq, 1 bareli 80,95 ABŞ dolları təşkil edib.
Avropada qaz qiymətlərinin tarixi maksimuma çataraq oktyabrın 6-da 1000 kubmetr üçün 1937 ABŞ dollarına çatması neft qiymətlərinə də təsirsiz ötüşməyib.
OPEC+ alyansının neft hasilatını sürətləndirməmək haqqında qərarı da qiymət artımında rolunu oynayıb.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır