• $
  • €
  • ₽
  • ₺
  • £

Xarici mətbuatda Azərbaycan qazının əhəmiyyətindən danışılıb

Xarici mətbuatda Azərbaycan qazının əhəmiyyətindən danışılıb
12.10.2021 11:28
Hazırda təbii qazın qiymətində yaşanan artım Avropa dövlətlərində çaxnaşma və qorxu yaratmaqdadır.

Bu barədə İsveçrənin Lematin.ch internet saytında son zamanlar təbii qazın qiymətində müşahidə olunan artımla bağlı fransiz dilində dərc edilən məqalədə qeyd edilir.

Məqalədə göstərilir ki, ekspertlərin çoxu qiymət artımının səbəbini Asiyadan, xüsusən də Çindən olan tələbatı qeyd edir. Eyni zamanda bildirilir ki, daş kömürün alınmasını məhdudlaşdıran ekoloji məhdudiyyətlər, həqiqətən də ciddi enerji çatışmazlığına, bəzi fabriklərin iş həcminin azaldılmağına və qış mövsümü öncəsi olan Avropa üçün ən pis anda qaza olan tələbatın kəskin dəyişməsinə səbəb olmuşdur.

Məqalədə vurğulanır ki, yaranmış vəziyyətlə bağlı Avropa ölkələrində acınacaqlı vəziyyət müşahidə olunur:
 
"Belə ki, idarəolunmayan qiymət artımı ilə üzləşən siyasətçilər, istehlakçıları sakitləşdirmək və təbii qazın qiymətində olan kəskin artımı məhdudlaşdırmaq üçün reaksiya verməyə çalışırlar. Məsələn, Fransanın Baş naziri Jan Kasteks (Jean Castex) , 2022-ci ildə dünyada qaz qiymətlərinin düşmədiyi halda lazım gələrsə maliyyə rıçaqları üzərində hərəkət edəcəyinə dair söz verib”.

Yazıda qeyd edilir ki, Fransa İspaniya, Çexiya, Yunanıstan və Rumıniya ilə birlikdə Avropada yaşanan bu çaxnaşmanın qarşısını almaq üçün "ümumi bir yanaşma" qəbul edilməli olduğunu bildirib: "İngiltərədə isə fiziki şəxslər üçün qaz qiyməti həddi 12 % qaldırılıb. İngiltərə hökuməti aztəminatlı ailələrin hesablarının ödənilməsi üçün 500 milyon funt sterlinq həcmində bir fond yaradıb”.

Məqalədə bu ilin 6 oktyabr tarixində Avropa İttifaqının Bakıdakı yeni səfirinin etimadnamələrini təqdim olunma mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin sözlərinə istinad edilərək Azərbaycanın Avropaya təbii qaz tədarükünü artırmağa hazır olduğu bildirilir. Müəllif yazır ki, Azərbaycan qazının Avropaya çatdırılması dekabrın sonunda nəhəng "Şahdəniz” yatağından, Gürcüstan və Türkiyənin ərazisindən keçən Cənubi Avropa qaz dəhlizi vasitəsilə başlayıb. Bu sxem avropalılara tədarükü diversifikasiya etmək və onların Rusiya qazından asılılığını azaltmaq məqsədi daşıyır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol