• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik: Sosial sığorta sahəsində yeniliklər gözlənilir

Nazirlik: Sosial sığorta sahəsində yeniliklər gözlənilir
12.10.2021 13:15
Sosial sığorta, sosial sığorta ödənişləri ilə bağlı qanunvericiliyin daha da sadələşdirilməsi, təkmilləşdirilməsi istiqamətində bir sıra yeniliklər olcaq.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının direktoru Hüseyn Paşayev sosial şəbəkədəki "Sosial saat" adlı proqramında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda bu layihələr razılaşdırma mərhələsindədir:

"Yeniliklərin əhatəsi kifayət qədər genişdir. Bu yeniliklərin tətbiqinin məqsədlərindən biri sığortaedənlərin iş yükünün azaldılması, onlar üçün daha əlverişli imkanların yaradılması ilə bağlıdır. Bu, sığortaolunanlara göstərilən xidmətlərin daha da sürətləndirilməsinə, eyni zamanda biznes mühitinin yaxşılaşmasına gətirib çıxaracaq".

H.Paşayev qeyd edib ki, 1 yanvar 2021-ci ildə anadan olan uşaqlar üçün müavinətlərin ödənilməsi artıq proaktiv qaydada həyata keçirilir:

"Bu o deməkdir ki, sığortaolunan heç bir yerə müraciət edib sənəd almayacaq, sığortaedən də portalın altsisteminə hansısa məlumatı daxil etməyəcək. Uşağın anadan olması ilə bağlı məlumat Ədliyyə Nazirliyinin müvafiq sistemində yaranandan sonra bizim nazirliyin mərkəzləşmiş sisteminə ötürülür və sistem bu müavinətin büdcə vəsaiti, yoxsa məcburi dövlət sosial sığorta üzrə verilməsini müəyyən edir. Daha sonra həmin ödəniş tərəfimizdən təmin edilir. 2021-ci ilin 9 ayında 40 minə yaxın yeni doğulan uşaq üçün müavinət proaktiv qaydada həyata keçirilib. Bu yenilik kifayət qədər sığortaediləni və sığortaedəni əlavə prosedurlardan azad edir. Artıq dəfnlə bağlı ödənişlərin də proaktiv qaydada həyata keçirilməsi ilə bağlı işlər aparılır. Bu işlərlə nazirliyin müvafiq şöbələri məşğuldur. Yaxın zamanda bu ödənişlərin də proaktiv qaydaya keçirilməsini təmin edəcəyik". (trend)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol