Azərbaycan və Türkiyə arasında yeni qaz müqaviləsi imzalanıb

Azərbaycan və Türkiyə arasında yeni qaz müqaviləsi imzalanıb.
Bu barədə Azərbaycanın Energetika nazirliyindən anews.az-a açıqlamasında bildirilib.
Məlumata görə, Şahdəniz 1 üzrə müqavilənin müddəti 2024-cü ilin sonuna qədər uzadılıb. Belə ki, Bakı-Tbilisi-Ərzurum xətti ilə nəql ediləcək əlavə 11 milyard kubmetr təbii qaz ticarəti müqaviləsi imzalanıb.
Türkiyə əlavə təbii qaz təchizatı mövzusunda əhəmiyyətli irəliləyişlər əldə edib: "Türkiyənin ciddi bir enerji böhranı ilə üzləşdiyi dövrü, uğurlu bir diplomatiya ilə aşacağını vurğulayan Dönmez qeyd edib ki, qış yaxınlaşdıqca arta biləcək təbii qaz tələbatının qarşılanması üçün aparılan danışıqlar müsbət bir şəkildə davam edir",-deyə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez bildirib.
Qaz nəqli avqustdan bərpa edilib. 6 milyard kub Şadəniz 2 qazından əlavə olaraq, yeni müqavilə ilə illik 3.5 milyard kub metr çatdırılacaq.
Azərbaycan Türkiyəyə illik qaz ixracını 3,5 mlrd kubmetr artıraraq, 2023-cü ildə 9,5 mlrd kubmetrə çatdıracaq.
2021-ci ilin aprelində başa çatmış müqaviləyə əsasən, Türkiyə hər il Bakı-Tbilisi-Ərzurum boru xətti ilə Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz” qaz yatağından 6,6 milyard kubmetr qaz tədarük edirdi.
Azərbaycan qazı Türkiyəyə Cənubi Qafqaz Boru Kəməri və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə nəql edilir.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Layihədə BP (operator – 28,8 %), AzSD (10 %), "SGC Upstream" (6,7 %), "Lukoil" (25,5 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.
Samirə Əli
www.anews.azOxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























