• $
  • €
  • ₽
  • ₺
  • £

Cavid Qurbanovdan 350 min manatlıq "cari təmir"

Cavid Qurbanovdan 350 min manatlıq "cari təmir"
15.10.2021 15:41
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nəzdində fəaliyyət göstərən Mərkəzi Dəmir Yol Xəstəxanası cari təmir işlərinin satın alınması üzrə müsabiqəyə yekun vurub. 


Müsabiqənin qalibi "Aran Tikinti-Quraşdırma” MMC olub. Tərəflər arasında bağlanan satınalma müqaviləsinin maliyyə dəyəri 341 532.8 AZN təşkil edir. Mərkəzi Dəmir Yol Xəstəxanasında konkret olaraq hansı təmir işlərinin aparılacağı barədə məlumat verilmir.


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Aran Tikinti-Quraşdırma” MMC 29 iyul 2020-ci il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 51, mənzil 1-dir. MMC-nin qanuni təmsilçisi Cəfərov Maşallah Möhsüm oğludur. 


Açıq mənbələrdə nə şirkət, nə də qanuni təmsilçisi barədə məlumat var.


Araşdırmalarımız zamanı isə aydın olub ki, "Aran Tikinti-Quraşdırma” MMC 1 ildir fəaliyyət göstərməsinə baxmayaraq, iri məbləğli satınalma müsabiqələrinin qalibi olub. Bu müqavilələrə əsasən 2021-ci ilə təsadüf edir. Cari ildə sözügedən MMC nə az, nə çox - 4 033 033.17 manatlıq sifariş alıb. 


Yeni yaranan, barəsində hər hansı məlumat olmayan "Aran Tikinti-Quraşdırma” MMC-yə bu etimadın səbəbi bəlli deyil. "Dövlət satınalamları haqqında” Qanuna görə satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması vacidbir. Yeni yaranan şirkəti bu kriteriyarala cavab verdiyi inandırıcı görünmür.


"Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovdur. O, 2015-ci ildən bu vəzifəni daşıyır. (Qaynarinfo)



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol