Qarabağa ilk konteyner blok qatarı yola salındı

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) törəmə şirkəti - "ADY Konteyner” MMC ilk dəfə olaraq TURKUAZ layihəsi çərçivəsində ölkənin işğaldan azad olunmuş ərazilərinə - Şərqi Zəngəzur İqtisadi Zonasına Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə konteyner daşıması həyata keçirir.
Məlumata görə, qatarla payızlıq əkin üçün toxumluq buğda gətirilir.
28 konteynerdən ibarət ilk blok qatar Türkiyənin Tekirdağ bölgəsindən (İstanbul) yola salınıb. Konteynerlər 40 futluqdur. Qatar ölkəmizin ərazinə çatdıqdan sonra dəmir yolu nəqliyyatı vasitəsilə müəyyən olunmuş stansiyaya qədər gətiriləcək. Daha sonra konteynerlər avtomaşınlara aşırılaraq işğaldan azad olunmuş Zəngilan və Qubadlı rayonlarına çatdırılacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























