Bu investisiya növü daha çox qazandırır!

Gələcəyə yönəlik investisiya qoymaq
son illərdə daha da önəmsənən bir mövzu olmağa başladı. Baş verə biləcək gözlənilməz
situasiyalar üçün insanlar kənarda pul yığmağa çalışır. Bu isə müxtəlif ölkələrdə
fərqli yollarla özünü büruzə verir. Azərbaycanda bu müqayisədə əsasən bank əmanətləri,
qiymətli metallar və daşınmaz əmlak çıxış edir. Məlumdur ki, mənzil və ev qiymətləri
zaman keçdikcə daha da bahalaşır. Hətta daşınmaz əmlak nümunəsinin satılması ilə
yanaşı, onun kirayə verilməsindən də gəlir əldə etmək mümkündür. Daşınmaz əmlakı
uzun müddətli kreditə götürərək kirayə verən insanların sayı da kifayət qədərdir.
www.anews.az
Tikinti prosesində qiymət artımı istər
Azərbaycanın, istərsə də digər ölkələrin daşınmaz əmlak bazarlarında müşahidə
olunan tendensiyadır. Uzunmüddətli investisiyada tikinti zamanı 1 kv.m qiyməti
800 AZN olan mənzilin illər sonra 3000 AZN-ə qalxması halları öz əksini tapır.
Artıq 2 ildir ki, Kristal Abşeron tərəfindən
sakinlərin istifadəsinə verilmiş Park Yasamal layihəsi mənzilləri 2 il öncə
kvadrat metri üçün 1190 AZN üzərindən hesablanırdı. Cari vaxtda evin 1 kv.m-in
1590 AZN olduğunu nəzərə alsaq görərik ki, minimum 42 kv.m bir mənzil alsan, 2
ildən az müddətdə 16,800 azn mənfəət əldə etmiş olursan. Bundan əlavə sözügedən
şirkətin Bayıl 1 layihəsində 2 il öncə kvadrat metrinə 1000 AZN ödəyən sakin
hal-hazırda hər kvadrat metrinə 1660 AZN ödəyir. Bu isə 50 kvadrat metrlik mənzil
üzərindən 33,000 AZN xeyir deməkdir. Eyni miqdarda pulun xeyir əmsalını bank
depoziti ilə müqayisə etdikdə isə ortalama 6%-lə 2 il ərzində depozitə
qoyduğunuz 50000 AZN vəsaitdən 7500 AZN xeyir götürə bilərsiniz. Bu isə müqayisədə
kifayət qədər fərq edir.
Göründüyü kimi, daşınmaz əmlaka
düzgün və vaxtında yatırım edən investor 2 il ərzində 30-40%-dək gəlir əldə
edir. Mövcud şəraitdə heç bir sabit investisiya bu qədər mənfəətlə geri
qayıtmır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























