• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank yeni “Kliklə ödə” xidmətini təqdim etdi

Kapital Bank yeni “Kliklə ödə” xidmətini təqdim etdi
21.10.2021 10:26
Kapital Bank həm fiziki şəxslər, həm də sahibkarlar üçün mütəmadi olaraq müxtəlif xidmətlər, funksiyalar və kampaniyalar təqdim edir. Bu dəfə təqdim edilən "Kliklə ödə” xidməti vasitəsilə, cəmi bir kliklə ödəniş qəbul etmək mümkün olacaq. Xidmətdən yararlanmaq üçün Müştəri Bank-da funksiyaya qoşulub, onu aktiv etmək lazımdır.

Bu funksiya vasitəsilə Müştəri Bank istifadəçiləri öz veb və ya tətbiqlərinin kanalları vasitəsilə ödəniş qəbul edə bilərlər. Misal üçün, hər hansı bir Müştəri Bank istifadəçisi digər bir şəxsdən ödəniş qəbul etmək istəyirsə, bu zaman satdığı məhsulun kateqoriyasını seçir, məhsulun adını, məbləği, alıcının adını və alıcıya hər hansı bir qeydi varsa, onu yazır. 

Bununla da onlayn formada ödəniş üçün yaradılan linki və ya QR kodu alıcıya göndərir. Alıcı bu vasitələrdən biri ilə ödənişi ani olaraq həyata keçirə bilir. Link 72 saat ərzində aktiv olur, müddət bitdikdə avtomatik ləğv olunur. Bu xidmətdə qəbul olunan məbləğ üçün limit mövcud deyil, komissiya isə istənilən kart üçün 1,5% təşkil edir. 

Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: cari hesabın tam onlayn şəkildə açılması, əmək haqqı layihəsinə qoşulma, əmək haqqı kartlarına mədaxil, əmək haqqı kartlarının sifarişi, biznes və sahibkar kartlarının sifarişi, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat, onlayn kredit məhsulları (overdraft, kredit, qarantiya, sürətli tender və s.) və s.  
 
Müştəri Bank sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login inkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol