• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda qazın qiyməti maya dəyərindən dəfələrlə çoxdur - AÇIQLAMA

Azərbaycanda qazın qiyməti maya dəyərindən dəfələrlə çoxdur  -  AÇIQLAMA
26.10.2021 13:25
Təbii qazın maya dəyəri 61,27 manat təşkil edir. Hər 1000 kubmetr təbii qazın  100 km üçün nəql xərci 2 manat və təbii qaz prosesinin idarə edilməsi  üçün 5,5 manat təşkil edir.  Daxili bazarda  1000 kubmetr təbii qazın  son satış qiyməti 75 manat  təşkil etdiyi halda Tarif Şurasının elan etdiyi  yeni qiymətlər maya dəyərindən dəfələrlə çoxdur, bu barədə İctimai Birliklərin " Mədən Sənayesində Şəffaflığın Artırılması”  Koalisiyası  Azərbaycan Respublikası Tarif Şurasının 2021-ci il 16 oktyabr tarixli 13  və 14 nömrəli qərarı ilə bağlı bəyanatında bildirir.

"Tarif Şurasının təbii qazın, habelə, elektrik enerjisinin daxili bazarda qiymətinin tənzimlənməsi ilə əlaqədar qəbul etdiyi son qərar ölkə əhalisinin maraqlarına cavab vermir. Xüsusilə, indiki Pandemiya dönəmində bu qərarı vətəndaşların sosial-iqtisadi vəziyyətinin daha da ağırlaşmasına səbəb olacaq addım kimi qiymətləndirmək olar. Hökumət Tarif Şurasının qəbul etdiyi bu qərarları ləğv etməli və ölkə əhalisinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə enerji daşıyıcılarının, o cümlədən, daxili bazarda qazın  və elektrik enerjisinin qiymətlərinə yenidən baxmalıdır",  - deyə koalisiya üzvləri bəyan edib. 

2021-ci ilin oktyabrın 16-da Tarif şurası illik 1200 kubmetrə qədər təbii qazın hər kubmetrinin qiymətini əhali üçün 10 qəpikdən  12 qəyə qədər  artırılması barədə qərar verib və bunu təbii qazın hasilat və istehlakçıya çatdırılma xərclərinin satış qiymətlərini üstələməsi, dünyada və Avropada qazın qiymətlərinin artımı ilə izah edib. 

Eyni zamanda əhali üçün təbii qazın 1200 kub metrdən sonrakı həcmi iyulda qəbul edilən tarifə uyğun qalacaq.  İllik 1200 kub metrlik normanı keçərsə, 2500 kub metrədək 1 kub metr üçün 20 qəpik, bu limiti də aşarsa, sonrakı hər kubmetr üçün 25 qəpik ödəniləcək.

Tarif Şurası hesab  edir ki, qiymət artımı təqribən 50 %-ə yaxın  abonenti əhatə edəcək. Abonentlərin təqribən 5 milyon nəfər üçün isə təbii qazın qiyməti dəyişməz qalacaq. 

Amma koalisiya üzvləri bildirir ki, bu rəqəmlər  heç də inandırıcı deyil. Çünki, 2020-ci ildə ölkə üzrə hesablanan 1,7 milyon muzdlu işçinin heç də hamısı yüksək maaş almır. 

Bu qərarın əsaslandırılması zamanı "Azəriqaz" İstehsalat Birliyi tariflərə baxışın "qaçılmaz" olduğunu,  "Azərişıq" ASC-nin nümayəndəsi isə  elektrik enerjisi ilə bağlı yeni diferensiasiya zamanı  aztəminatlı ailələr üçün güzəştli tarif siyasətinin "qoruyub saxlamış" olduğunu bidiriblər
 
Elektrik enerjisinə gəldikdə isə əhali üçün tarif diferensiasiyası dəyişib. Buna günə qədər elektrik enerjisi üçün iki ödəniş həddi olub - aylıq 300 kVts-dək 7 qəpik və 300 kVts-dan çox  sərfiyyat üçün isə 11 qəpik hesablanıb. Tarif Şurasının yeni qərarında isə üç kateqoriya müəyyənləşdirilir: sərviyyatı 200 kVts-dək olan abonentlər üçün 8 qəpik/kVts, 200 kVts - 300 kVts arası 9 qəpik/kVts, 300 kVts-dan yuxarı  abonentlər üçün isə 13 qəpik/kVts.


"İctimai Birliklərin " Mədən Sənayesində Şəffaflığın Artırılması”  Koalisiyası olaraq  birbaşa hasilat sənayesi ilə bağlı olduğu üçün istərdik ki,  daha çox Tarif Şurasının qazın istehlak qiymətlərinin artımı ilə bağlı 16 oktyabr 2021-ci il tarixli qərarı ilə bağlı mövqeyimizi bəyan edək. 

"Qiyməti dövlət tərəfindən tənzimlənən mal və xidmətlərin qiymət artımı zamanı yaşanan oxşar  vəziyyət ondan ibarətdir ki, hökumət  istehlakçıları bu qərarların qəbulunun zəruri  olduğuna  inandıra  bilmir. Bunun fundamental səbəbi odur ki, hökumətin  verdiyi qərarlar  kollegial formada deyil, göstərişlər əsasında qəbul edilir və cəmiyyətlə dialoqu yox səviyyəsindədir. 

Azərbaycan 2007-ci ildən adını enerji tariximizə qaz ixrac edən ölkə kimi yazıb.  2007-2021-ci ilin  birinci yarısında "Şahdəniz" yatağından hasil edilən qazın 36%-i və ya 45 mlrd kubmetri Azərbaycanın daxili bazarında satılıb və Azərbaycan bu qazı  dollarla alır. Lakin  bəlli olmayan səbəblərdən dövlət bu qiymətləri açıqlamır",  -  deyə bəyanat müəllifləri vurğulayır. 

Bəyanatda həmçinin bildirilir ki,  hər bir ölkə idxal etdiyi qazın alış qiymətini ictimayyətə dərhal çatdırır. Məsələn, Moldova hökuməti elan etdi ki, 1 oktyabr 2021-ci il tarixdən Gazprom şirkətindən qazın hər 1000 kubmetrini $790-a alacaq,  Ermənistan  isə bəyan edir ki,  Rusiyadan sərhədində aldığı qazın qiymətini hazırda $165-dan alır və s. 

 "2020-ci ilin dekabrında daxili bazarın tələbatı üçün qazın topdansatış alınması "Azərkontrakt”a həvalə edildikdən sonra ümid etmək olardı ki, daxili bazar üçün alınan qazın bütün mənbələri və qiymətləri ictimailəşdiriləcək, qazın daxili bazarda istehlakçıya çatdırılana qədər maya dəyəri və ona təsir edən xərc elementləri  mütəmadi açıqlanacaq. Təəsüf ki, bu sahədə də şəffaflıq müşahidə edilmədi. Hesab edirik ki, hökumət  MHŞT-nin 2019-cu ildə qəbul etdiyi son standartlara uyğun olaraq bu məslələrdə şəffaf və hesabatlı olmalı, kontrakt və lisenziyaları açıqlanması, tender və xammal ticarəti şərtlərini cəmiyyət üçün əlçatanlığını təmin etməlidir".


Tarif şurasının  bu və  bundan öncəki (30 iyun 2021-ci il tarixli 8 saylı qərar) məlum qərarını əsaslandırmaq üçün  bildirmişdir ki,  yeni artırılmış qiymətlər  bəzi ölkələrin tarifləri ilə müqayisədə aşağıdır.  Qurumun açıqlamasında  2020-ci ildə 1 kubmetr təbii qazın əhali üçün qiymətləri Türkiyədə  32-40 qəpik, Ukraynada  54 qəpik, Gürcüstanda 19,7-29,5 qəpik, Belarusda 9,2-34,2 qəpik arasında dəyişdiyi qeyd edilib.. 

Hazırda Azərbaycan öz əhalisinə qazın 2500 kubmetrdən çox olan hissəsi üçün hər kubmetri 25 qəpiyə, Türkmənistan 1 qəpiyə, Özbəkistan 4 qəpiyə, Qazaxıstan 10 qəpiyə, Rusiya isə 13 qəpiyə satır.

OPEC-in qaz hasil edən ölkələr barədə sonuncu hesabatlarına görə, keçmiş SSRİ ölkələri arasında 1 trilyon kub metrdən çox qaz ehtiyatlarına malik olan beş dövlət var və bunlardan biri də Azərbaycandır. Hazırkı tariflərə görə, bu ölkələr sırasında təbii qazı öz əhalisinə ən baha qiymətə satan isə  Azərbaycandır.

2019-cu ilin aprelində Tarif Şurası 2 saylı qərarı ilə SOCAR-ın  qazın qiymət artımı ilə bağlı müraciətinə  "ölkədə həyata keçirilən sosial siyasətı nəzərə alaraq, təbii qazın tariflərinin artırılmasını məqsədə müvafiq hesab edilməsin" cavabını vermiş və əksinə,  təbii qazdan istifadəyə görə, limit  həddini 1700 kubmetrdən 2200 kubmetrə kimi artırılmışdı. 


 Azərbaycanda 2019-cu ilə nisbətən 2020-ci ildə əhalinin adambaşına düşən nominal gəlirlərinin həcmi 2.7 % azalaraq 5687 manat həddindən 4898 manat səviyyəsinə enmiş,   2019-cu ilin 9 aylıq nəticələri ilə müqayisədə  isə 2021-ci ilin eyni dövründə əhalinin nominal gəlirləri 2.1 % azalmışdır. 


 Rəsmi rəqəmlərə istinad etsək, 2021-ci ilin 9 ayı üzrə  istehlak qiymətlərinin  səviyyəsi  2020-ci ilin eyni dövrü ilə müqayisədə 5.2% artmışdır. Rəsmi olmayan hesablamalara görə isə 2021-ci ildə, xüsusilə, son 3 ayda  istehlak  qiymətləri kəskin  artmış və hər bir Azərbaycan xalqı bu artımı öz həyatlarında günbəgün hiss edirlər. 


Lakin göstərilən rəsmi rəqəmlərə  və qaz ixrac edən ölkə əhalinsinin   sosial müdafiəsinin qorunmalı olduğunun vacibliyinə  rəğmən  2021-ci ildə qazın istehlak qiymətlərinin aşağı salınması və tətbiq edilən limitin ləğv edilməsi yaxud limit həddinin qaldırılması daha məntiqli  və gözlənilən olsa da, əksinə, Tarif Şurası özünün 2021-ci il 16 oktyabr tarixli 13 saylı qərarı ilə əhali üçün illik 1200 kubmetrə qədər təbii qazdan istifadəyə görə hər kubmetrin qiymətini 20% artıraraq 12 qəpiyə qaldırmış, limit hədlərinin isə olduğu kimi saxlamış və bu zaman 2019-cu ildə olduğu kimi " ölkədə həyata keçirilən sosial siyasət” yada düşməmişdir. 



www.anews.az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol