Azərbaycan və Türkiyə Bakıda müştərək texnopark yaradacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində, nazir müavini Rövşən Rüstəmovlə Azərbaycanda səfərdə olan Türkiyənin sənaye və texnologiyalar nazirinin müavini Çetin Ali Dönmezin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Bu barədə nazirlikdən məlumat verilib.
Görüşdə Bakıda müştərək texnoparkın yaradılması üzrə atılacaq birgə addımlara dair geniş fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin 2022-ci ildə Bakı şəhərində keçirilməsi nəzərdə tutulan "Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalı ilə əlaqədar məsələlər müzakirə edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























