• $
  • €
  • ₽
  • ₺
  • £

Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə iclas keçirilib

Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə iclas keçirilib
29.10.2021 11:02
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi Qrupunun videokonfrans formatında
növbəti iclası keçirilib.

Sözügedən iclas oktyabrın 28-i baş tutub.
 
İşçi Qrupunun rəhbəri, energetika nazirinin müavini Samir Vəliyevin giriş nitqi ilə start götürən iclasda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın"Azranking.az” portalının təqdimatı keçirilib, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev tərəfindən portalın funksionallığı və mövcud platformaları barədə ətraflı məlumat verilib.
 
İclasın gündəliyinə uyğun olaraq, aidiyyəti qurumların nümayəndələri tərəfindən işçi qrupunun ötən iclasının Protokolu ilə qərara alınmış tədbirlərin icra
vəziyyəti barədə məlumat verilib. Elektrik təchizatı şəbəkələri üzrə sahibkarlıq subyektlərinin məlumatlılıq və məmnunluq səviyyəsinin daha da artırılması məqsədi ilə "Deloitte” şirkəti cəlb edilməklə hazırlanmaqda olan Kommunikasiya Strategiyası layihəsinə və bu istiqamətdə qarşıda duran vəzifələrin icrasına dair müzakirələr aparılıb.

Elektrik şəbəkəsinə qoşulma ilə bağlı həyata keçirilən islahatlar və elektron müraciətlərin təkmilləşdirilməsi istiqamətində görülən işlərə dair məlumat verilib,
elektron müraciətlər üzrə yüksək dinamikanın müşahidə olunduğu, 2020-ci illə müqayisədə 10 dəfəyə qədər artımın qeydə alındığı bildirilib. Elektrik təchizatı şəbəkəsinə qoşulma prosesinin qiymətləndirilməsinə dair kiçik və orta biznes subyektləri arasında cari ilin 3 rübündə keçirilmiş sorğuların nəticəsi ilə bağlı təqdimat nümayiş etdirilib, nəticələrin təhlili aparılıb, Kommunikasiya Strategiyasının hazırlanması prosesində sorğu nəticələrinin nəzərə alınması tövsiyə olunub. Növbəti ildən sorğuların keçirilməsinin özəl şirkət cəlb edilməklə reallaşdırılacağı vurğulanıb.

"Paylayıcı Şəbəkələr üzrə Enerji Təchizatının Keyfiyyət Göstəricilərinin Təyin Edilməsi Metodikası” adlı sənədin təkmilləşdirilməsi və illik elektrik enerjisi
təchizatında fasilələrin azaldılması, texnoloji itkilərin minimuma endirilməsi üzrə görüləcək işlərlə bağlı texniki-iqtisadi əsaslandırmanın hazırlanması prosesinə dair məlumat verilib.

İşçi Qrupun 2022-ci il üçün Fəaliyyət Planının layihəsinin hazırlanmasına dair fikir mübadiləsi aparılıb, layihənin ötən illər üzrə fəaliyyət planlarının icrası zamanı əldə edilmiş təcrübə nəzərə alınmaqla və müasir yanaşmaların tətbiqi ilə formalaşdırılmasının əhəmiyyəti qeyd edilib. İclasda Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, "Azərişıq” ASC, "Azərenerji” ASC, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, "Deloitte”, "Ekvita”, "Baker Tilly” və "BDO” şirkətlərinin nümayəndələri iştirak edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol