Azərbaycan 9 ayda 400 milyon dollarlıq meyvə-tərəvəz ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft ixracında həmişəki kimi meyvə-tərəvəz əsas paya malik olub.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac icmalı”nın oktyabr buraxılışında bildirilir.
Sənədə əsasən, 9 ayda ölkədən 398,9 milyon ABŞ dolları dəyərində meyvə-tərəvəz ixrac olunub.
İxrac istiqamətlərinə gəlincə isə, hesabat dövründə Rusiyaya 586,5 milyon dollar, Türkiyəyə 455 milyon dollar, İsveçrəyə 174 milyon dollar, Gürcüstana 120,5 milyon dollar, ABŞ-a isə 54,8 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. Növbəti yerləri Ukrayna (36,2 milyon dollar), Braziliya (31,5 milyon dollar), Çin (27,4 milyon dollar), Belçika (26,4 milyon dollar) və Qazaxıstan (26,1 milyon dollar) tutub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























