• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni SOCAR İstiqrazlarının təkrar bazar əməliyyatlarına start verildi

Yeni SOCAR İstiqrazlarının təkrar bazar əməliyyatlarına start verildi
02.11.2021 13:33
Fiziki şəxslərin satın aldığı 100 milyon dollar məbləğindəki yeni SOCAR İstiqrazlarının 1 noyabr tarixində birjada yerləşdirilməsini daxili kapital bazarlarının yeni uğurudur. 

Bu barədə noyabrın 2-də SOCAR Tower-də sözgedən istiqrazlarının təkrar bazar əməliyyatlarına başlanılması və 2016-cı ildə buraxılmış ilkin istiqrazlarla bağlı hesabat tədbirində Mərkəzi Bankın rəsmiləri bildirib.

Tədbir SOCAR-ın maliyyə məsələləri üzrə baş məsləhətçisi, tədbirin moderatoru Əli Ağaoğlunun giriş nitqi ilə başlayıb.

Tədbirin davamında  2016-cı ildə buraxılmış ilkin SOCAR İstiqrazları ilə bağlı hesabat xarakterli videoçarx nümayiş olunub. 


SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov çıxış edərək SOCAR İstiqrazlarının yaranma tarixçəsindən, ölkə iqtisadiyyatına töhfələrindən və buraxılmış yeni istiqrazlara investorların böyük marağından söz açıb. Tədbirdə iştirak edən Mərkəzi Bankın Kapital Bazarlarına Nəzarət Departamentinin direktor müavini Samir İsmayılov və Bakı Fond Birjasının Sədri Eldar Abdullayev çıxışlarında SOCAR İstiqrazlarının qiymətli kağızlar bazarının inkişafında rolundan və digər korporativ istiqrazların emissiyasına qazandırdığı stimuldan bəhs edib, ilkin istiqrazların birjada ən çox investisiya edilmiş qiymətli kağız olduğunu vurğulamış, əksəriyyəti fiziki şəxslər tərəfindən satın alınan 100 milyon dollar məbləğindəki yeni SOCAR İstiqrazlarının 1 noyabr tarixində birjada yerləşdirilməsini daxili kapital bazarlarının yeni bir uğuru kimi dəyərləndirib. 


SOCAR-ın maliyyə məsələləri üzrə baş məsləhətçisi Əli Ağaoğlu Azərbaycan iqtisadiyyatının flaqmanı olan SOCAR-ın meqa-layihələrlə birgə, investorlar üçün alternativ investisiya imkanı yaratmaqda davam etdiyini, 100 milyon dollar həcmində buraxılmış yeni istiqrazlara 380 milyon dollardan artıq tələb gəldiyini nəzərə çatdırıb və şirkətin daxili kapital bazarlarının inkişafına töhfə verməkdən qürur duyduğunu  vurğulayıb.

Tədbirin sonunda SOCAR İstiqrazlarının təkrar bazar əməliyyatlarının başlandığını elan edən rəmzi açılış zəngi çalınıb.

Yeni SOCAR İstiqrazları 5 illik müddətə buraxılıb. Faiz gəliri 4.5%-dir və kupon ödənişləri rüblük qrafiklər əsasında həyata keçiriləcək. İstiqrazları 1 və 5 saylı "ASAN xidmət” mərkəzlərində yaradılmış "SOCAR İstiqrazları” köşklərindən, eləcə də Azərbaycanda xidmət göstərən investisiya şirkətlərindən əldə etmək mümkündür. SOCAR, istiqrazlarının təkrar bazarda likvidliyinin təmin olunması məqsədilə "PSG Kapital” investisiya şirkətini marketmeyker qismində cəlb edib.
 



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol