• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda işsizlik artıb

Azərbaycanda işsizlik artıb
05.11.2021 10:42
Azərbaycanda işsizlik səviyyəsi 7,2 %-dir. Bu barədə Dövlət statistika komitəsindən məlumat verilib.
 
Bəs ölkədəki işsizlik səviyyəsini aradan qaldırmaq üçün hansı tədbirlərə ehtiyac var?
 
Məsələ ilə bağlı, iqtisadçı ekspert Qubad İbadoğlu Anews.az-a açıqlamasında bildirib ki, işsizliyin çoxalmasının əsas səbəbi dövlət idarəçiliyində, hüquq mühafizə orqanlarında, məhkəmələrdə demək olar ki, hər kəsin öz tanışını, yaxınlarını işə götürməsidir. 
 
"Özəl sektorlar geniş iş imkanlarına sahib olmadığı üçün yeni namizədləri işə götürməkdə çətinlik çəkirlər. Bundan başqa  Azərbaycan təhsili lazımı səviyyədə kadr hazırlaya bilmir, özəl sektorlar isə daha çox xaricdə təhsil alan şəxsləri işə götürməkdə maraqlıdırlar", - deyə ekspert söyləyib.

Digər ekspert iqtisadçı Natiq Cəfərli düşünür ki, dövlətin əlavə sosial layihələri olmalıdı.
 
"7%  kifayət qədər ciddi rəqəmdir. Qeydiyyata alınmayan işsizlik səviyyəsi  yüksəkdir və buna görə də Azərbaycanda işsizliklə bağlı problemlərin ölçülməsi üçün tək rəsmi rəqəmlərə deyil, reallığa da nəzər yetirilməlidir. Azərbaycanda işsizliyin qeydiyyatı çox çətin prosedurla keçirilir.

Dövlət qərar verə bilər ki, iş adamları, şirkətlər, özəl sektorlar yetkinlik yaşına çatmış insanları işə götürəndə 1-2% vergi güzəşti təqdim olunmalıdır. Vergi güzəştinə görə də belə insanları bəzi özəl sektorlar işə götürə bilər. Məsələni başqa cür tənzimləmək mümkün deyil'', - deyə Cəfərli əlavə edib.

 
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri deputat Musa Quliyevin sözlərinə görə, müəyyən sahələr üzrə iş yerlərinə də təlabat azalıb. Bu səbəbdən bir çox sahələrdə işsiz insanlar iş tapmaqda çətinlik çəkirlər.

"Əhalinin məşğulluğunun təmin olunması sosial müdafiə sisteminin ən etibarlı alətlərindən biridir. Son illərdə dünyada baş verən maliyyə, iqtisadi böhran, xüsusilə də pandemiyanın törətdiyi çətinliklər Azərbaycanda da  məşğulluqla bağlı problemləri ön plana çıxarıb".
 
Deputat deyir ki, işsizliyin artmasının qarşısını almaq üçün dövlət müxtəlif alətlərdən istifadə edir.

"İlk növbədə son 4 ildə uğurla məşğulluq  proqramları tətbiq olunur. Artıq bu il sözügedən proqramlara 18 min adamın cəlb olunması, gələn il üçün isə daha çox insanın cəlb olunması nəzərdə tutulub", - deyə o bildirdi.  

Azərbaycanda 2020-ci ildə işsizlərin sayı 3,750.900 nəfərə kimi artıb.  2019-cü ildə bu göstərici 122 min nəfər az idi.  İqtisadi fəal əhalinin sayı 5,252.500 (92.8%) nəfər olub, onlardan 4 ,876.600 nəfərini məşğul əhali təşkil edib. 
 
2021-ci ildə iqtisadi rayonlar üzrә yeni açılmış iş yerlәrinin sayı birinci yarımil üzrə 30939, ikinci yarımil üzrə isə 17758 təşkil edir.
 
Aytac Zeynalova






 










www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol