Azərbaycanda heyvan xəstəliklərindən azad zona yaradılır

Azərbaycanda heyvan xəstəliklərindən azad zonanın yaradılması ilə bağlı tədbirlərə başlanılıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Xəstəlik insanlara yoluxmasa da, ciddi iqtisadi itkilərə səbəb olur və vəhşi təbiətdə yaşayan heyvanların da məhv olunması ilə nəticələnir. Eyni zamanda xırdabuynuzlu heyvanların taunu xəstəliyi heyvan mənşəli məhsulların ölkələrarası dövriyyəsinə də maneəçilik yaradır.
Xırdabuynuzlu heyvanların taunu xəstəliyi Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) Transsərhəd heyvan xəstəliklərinə mütərəqqi nəzarət üzrə Qlobal Çərçivəsinin (GF-TADs) 5 illik fəaliyyət planında göstərilən prioritet xəstəliklərindən biridir və 2030-cu ilə qədər dünyada ləğv olunması nəzərdə tutulur.
Ölkəmizdə də heyvan xəstəliklərindən azad zonanın yaradılması ilə bağlı işlərə başlanılmış və bu sahədə müvafiq tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlər çərçivəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Texniki Əməkdaşlıq Proqramı çərçivəsində 10-12 noyabr 2021-ci il tarixlərində FAO Baş qərargahının iki ekspertinin Azərbaycana səfəri baş tutacaq. Səfər çərçivəsində ökəmizin xırdabuynuzlu heyvanlar arasında taun xəstəliyindən azad elan olunması ilə bağlı sənədləşdirilmə işləri, Azərbaycan höküməti tərəfindən hazırlanan müvafiq sənədlərin tamamlanmasına texniki dəstək göstərilməsi nəzərdə tutulur. Həmçinin Agentlik tərəfindən heyvan sağlamlığı və qida təhlükəsizliyi üçün xırdabuynuzlu heyvanların taunu xəstəliyi təhlükəsi mövzusunda maarifləndirmə işləri aparılacaq və xəstəlikdən rəsmi azad ölkə statusunun əldə olunması ilə bağlı zəruri tədbirlər həyata keçiriləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























