• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Pakistanın biznes qurumları əməkdaşlıq memorandumu imzalayıb

Azərbaycan və Pakistanın biznes qurumları əməkdaşlıq memorandumu imzalayıb
04.11.2021 22:30
Bu gün Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) Pakistanın Ticarət və Sənaye Palataları Federasiyası ilə əməkdaşlıq memorandumu imzalayıb.

Bu barədə Konfederasiyaya istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı keçirilən onlayn görüşdə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov, Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee, ASK-nın prezidenti Məmməd Musayev, Pakistan Ticarət və Sənaye Palataları Federasiyasının vitse-prezidenti Mian Nəsir Xan və hər iki ölkənin sahibkarları iştirak ediblər.
Səfirlər iki dövlət arasında yüksək diplomatik əlaqələrin qurulduğunu və Azərbaycanın haqq işində Pakistanın onun yanında olduğunu xüsusi vurğulayıblar. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı dəstək verməyə hazır olduqlarını qeyd ediblər.
M.Musayev Azərbaycanla Pakistan arasında əlaqələrin genişlənməsi istiqamətində atılan addımları müsbət qiymətləndirib: "Bu memorandumun imzalanma tədbiri bizim üçün əlamətdar bir dövrə təsadüf edir. Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük şanlı Vətən Müharibəsinin 1 illiyini qeyd edirik. Ölkələrarası iqtisadi əlaqələrin genişlənməsinə ASK olaraq bütün sferalarda dəstək verməyə hazırıq. Memorandum hər iki ölkənin iş adamları arasında körpü rolunu oynayacaq.

Sonra ASK, Pakistan Ticarət və Sənaye Palataları Federasiyası, Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının təqdimatları nümayiş etdirilib.
Memorandum ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına dəstək, birgə fəaliyyət üçün sahələrin seçilməsi, layihələrin müəyyənləşdirilməsi və digər məsələləri əhatə edir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol