“Azad olunan torpaqlardakı yenidənqurma tarixi hadisədir”

"Hesab edirəm ki, Azərbaycanın işğaldan azad olunan torpaqlarındakı yenidənqurma işləri tarixi hadisədir”.
"Qafqazinfo” xəbər verir ki, bunu İsrailin sabiq baş naziri Ehud Barak VIII Bakı Qlobal Forumu çərçivəsində jurnalistlərin müharibədən sonra Cənubi Qafqazda yenidənqurma işləri ilə bağlı sualına cavab verərkən deyib.
"Düşünürəm ki, bu ölkənin keçmiş Prezidenti Heydər Əliyev tərəfindən qurulan Azərbaycan hökumətinin tarixində ən önəmli hadisədir”, - deyə Barak qeyd edib.
Ehud Barak, həmçinin, belə bir tədbirin təşkil edilməsi ilə bağlı öz minnətdarlığını da ifadə edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























