• $
  • €
  • ₽
  • ₺
  • £

Ziya Bunyadov prospektindəki əsaslı yenidənqurma işləri ləngiyə bilər

Ziya Bunyadov prospektindəki əsaslı yenidənqurma işləri ləngiyə bilər
12.05.2014 18:22
Bakının Ziya Bünyadov prospektində həyata keçirilən əsaslı şəkildə yenidənqurma işlərinə bəzi sürücülər ciddi şəkildə maneələr törədir. Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyi ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib. “Biz yolun bir hərəkət hissəsində ikiqat alfalt-beton örtüyü işlərini yerinə yetirmişik. Artıq digər hissədə yolun əsaslı tikintisi işləri gedir. Buna baxmayaraq, bəzi nəqliyyat vasitələrinin hərəkəti tikintiyə ciddi əngəl törədir. Orada nəqliyyat vasitələrinin park olunması, kimlərinsə avtomobilləri həmin ərazidə saxlaması və istənilən vaxt girib-çıxması, tikintiyə çox böyük maneələr törədir”, - deyə P.Mürsəliyev bildirib. Onun sözlərinə görə, “Azəryolservis” qrafiki qabaqlayaraq iyun ayının sonuna qədər həmin yolun Böyük Şordan Əhməd Rəcəbli küçəsinədək olan hissəsində axırıncı qat istisna olmaqla asfalt-beton işlərini tamamilə qurtarmağı nəzərdə tutub: “Belə gedişlə əngəllər yaranacaqsa, təbii ki, tikintinin vaxtı gecikə bilər. Nəqliyyat vasitələrinin tikinti gedən əraziyə istənilən vaxtı girib-çıxması texnikaların işləməsinə çox böyük çətinliklər törədir”. Qurum rəsmisi daha bildirib ki, sözügedən məsələ ilə bağlı həmin ərazidə yerləşən obyekt sahiblərinə də xəbərdarlıq olunub: “Orada pəncərə, maşın təmiri sexləri var ki, bu da təmir işlərinin aparılmasına mane olur. Artıq yolun əsas hissəsi hazırlanıb ki, belə davam getsə, o da bərbad günə düşəcək. Artıq iş gedən müəyyən hissədə asfalt-beton işləri görülüb və orada nəqliyyat vasitələrinin hərəkəti tam bərpa edilib. Dəfələrlə obyekt yiyələrinə də deyilib. Amma bununla belə, yenə də nəqliyyatın intensiv hərəkəti davam edir. Bu da tikintinin işinin vaxtında bitməsinə əngəl törədəcək”.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol