Ruslan Əliyev növbəti dəfə KİV nümayəndələri ilə görüşdü - Fotolar

Aksiya çərçivəsində "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün növbəti dəfə Kütləvi İnformasiya Vasitələri (KİV) nümayəndələri ilə görüş keçirib.
"Azəriqaz” İB-dən daxil olan məlumata görə, sayca 3-cü dəfə təşkil olunan aksiyada baş direktor media nümayəndələrinin ünvanladıqları sualları cavablandırıb.
KİV nümayəndələrinə aksiyada iştirak etmək, habelə onları maraqlandıran sualları heç bir maneə olmadan birbaşa "Azəriqaz” İB-nin baş direktoruna ünvanlamaqları üçün istənilən şərait yaradılır. Birliyin baş direktoru bir daha media nümayəndələrini bu aksiyada fəal iştirak etməyə çağırıb.
"Açıq qapı” aksiyası hər həftənin 5-ci günü saat 10:00-dan 12:00-a qədər "Azəriqaz” İB-nin inzibati binasında təşkil olunur. Həmçinin mətbuat nümayəndələri ilə keçirilən görüş Birliyin rəsmi "Facebook” səhifəsində canlı yayımlanır.





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























