Azərbaycanda ipoteka kreditləri üçün vəsait ARTIRILIR

2022-ci ilin dövlət büdcəsində Azərbaycan Respublikası əhalisinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi ilə bağlı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna 100 milyon manat ayrılması nəzərdə tutulur.
Rəsmi məlumata görə, gələn il İpoteka və Kredit Zəmanət Fonduna ayrılacaq vəsait carı illə müqayisədə 20 milyon manat və ya 20 faiz çoxdur.
Həmin vəsaitdən güzəştli ipoteka kreditlərinin verilməsi üçün 95 milyon manat, sahibkarlar tərəfindən manatla alınan kreditlərlə hesablanmış faizlərə görə subsidiya verilməsi üçün 5 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























