“Zəfər” yarmarkasında nə qədər pul toplanıb?

Dənizkənarı Bulvar ərazisində təşkil olunan "YAŞAT" Fondunun "Zəfər" Yarmarkası başa çatıb.
Fonddan "Qafqazinfo"ya verilən məlumata görə, ümumilikdə 12 gün ərzində Yarmarka müddətində toplanmış 64 558.58 AZN (altmış dörd min beş yüz əlli səkkiz manat əlli səkkiz qəpik) vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhid ailələrinə dəstək məqsədi ilə "YAŞAT” Fonduna ianə edilib.
Yarmarkanın təşkilatçıları "YAŞAT” Fondu, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Peyntbol Federasiyası olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























