• $
  • €
  • ₽
  • ₺
  • £

Cari il vergi daxilolmalarının həcmi artıb - NAZİR

Cari il vergi daxilolmalarının həcmi artıb - NAZİR
16.11.2021 12:25
2021-ci ilin 9 ayında ölkənin ÜDM-i ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 %, qeyri-nefti sektoru isə 6,2 % artıb. Xarici ticarət dövriyyəsinin dəyəri isə illik müqayisədə 30 %-ə qədər artaraq 20,1 milyard ABŞ dollarına çatıb. Nəticədə xarici ticarətdə 5,1 milyard dollarlıq müsbət saldo əldə edilib. 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2021-ci ilin 9 ayında qeyri-neft sənayesinin ÜDM-də xüsusi çəkisi 7,8 faizdən 8,5 faizə yüksəlib.
Bütün sənaye zonaları üzrə nəzərdə tutulan 6,7 milyard manat həcmində investisiyaların 6,3 milyard manatı artıq həyata keçirilib. Bu ilin 9 ayında özəl sektorun investisiyalarında 11 faizədək real artım olub. Qeyri-neft ixracının həcmində 41 faizədək artım müşahidə olunub ki, bu da ən yüksək tarixi göstəricidir. 2021-ci il üzrə qeyri-neft ixracının həcminin 2,4 milyard ABŞ dollarından yüksək olacağı gözlənilir. Strateji valyuta ehtiyatları 53 milyard məbləğində formalaşıb.
 
Anews.az xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov parlamentdə büdcə müzakirələrində çıxış edərkən deyib.
 
"Son illər ölkəmizdə dövlət başçısının rəhbərliyi ilə milli iqtisadiyyatın şaxələndirilməsi və rəqabət qabiliyyətli sahələrin inkişafının stimullaşdırılması, investisiya və biznes mühitinin yaxşılaşdırılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi və davamlı inkişafı, iqtisadiyyatda şəffaflığın gücləndirilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirilir. Bu məqsədlə noyabrın 1-dək 243 mindən çox muzdlu işçiyə 250 milyon manatadək vəsait ödənilib, 108 minədək fərdi (mikro) sahibkara 113 milyon manatdan çox maliyyə dəstəyi göstərilib. Bu ilin 9 ayında vergi daxilolmaları 12 faiz artaraq 6,4 milyard manata çatıb, 9 aylıq proqnoz 120,2 faiz səviyyəsində icra olunub, proqnozdan əlavə dövlət büdcəsinə 1 milyard manatdan çox vəsait daxil olub",- deyə nazir əlavə edib.
 
Gülnar Nazimqızı

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol