• $
  • €
  • ₽
  • ₺
  • £

Gələn il inflyasiya illik 6-7 % intervalında olacaq

Gələn il inflyasiya illik 6-7 % intervalında olacaq
16.11.2021 13:40
Azərbaycan Mərkəzi Bankının (AMB) baza inflyasiya proqnozuna görə, növbəti ilin ortalarından başlayaraq inflyasiya tempi aşağı düşməyə başlayacaq və illik əsasda onun səviyyəsi 6-7 % intervalında olacaq.

Bunu AMB-nin sədri Elman Rüstəmov parlamentin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, 2022-ci ildə pul-kredit siyasətinin başlıca məqsədi infyasiya səviyyəsinin məqbul hədəf trayektoriyasına qaytarmaq və inflyasiyanın daxili amillərinin effektiv idarə olunması olacaqdır.

"Dünyanın bir sıra beyin mərkəzləri, aparıcı mərkəzi bankları kimi AMB-də proqnozlaşdırır ki, cari ildə inflyasiyanın sürətlənməsi bir sıra müvvəqqəti keçici və struktur amillərin bərabərsizliyindən irəli gəlir", - E.Rüstəmov qeyd edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-oktyabrında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 105,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 106,7 %, qeyri-ərzaq məhsulları üzrə 104,6 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105 % təşkil edib.

Mərkəzi Bankın proqnozlarına görə, 2021-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 2020-ci ildə 2,8 %-ə qarşı 6,2-6,5 % səviyyəsində gözlənilir. İllik inflyasiya isə 9,5-10,5 % səviyyəsində proqnozlaşdırılır.

Hökumətin proqnozlarına görə, 2022-ci və sonrakı üç ildə Azərbaycanda inflyasiyanın orta hesabla 3,5 % ətrafında olacağı gözlənilir.
Proqnoza görə 2022-ci ildə inflyasiya orta hesabla 4 %, 2023-cü ildə 3,3 %, 2024-cü və 2025-ci ildə isə ildə 3,2 % olacaq.




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol