• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda Avropada olan şəffaflıq yoxdur - DEPUTAT

Azərbaycanda Avropada olan şəffaflıq yoxdur - DEPUTAT
16.11.2021 16:08
Azərbaycanda biznes qurmaq, biznes açmaq, möhür almaq, hesab açmaq çox asandır, amma dayaqsız, arxasız pul qazanmaq mümkün deyil.
 
Anews.az xəbər verir ki, bu sözləri deputat Razi Nurullayev Milli Məclisinin büdcə layihəsinin müzakirəsi zamanı deyib.
 
"Ölkəmizin iş adamları üçün nə qədər əlverişli olduğunu desək də, bunun belə olmadığını çox gözəl bilirik. Həm vergi, həm gömrük yükü çox ağırdır. Deyilə bilər ki, Avropada vergi və gömrük yükü bizdən də çoxdur. Doğrudur. Axı, biz Avropa deyilik, bizdə Avropada olan şəffafllq, açıqlıq və aydınlıq yoxdur. Xeyli qarış-quruş,  parçalanmış, müxtəlif əllərdə və idarələrdə cəmlənmiş sistem var. Bir çox dövlət idarələri onlara aid olmayan işlərlə yüklənib və çox xoşbəxtdirlər. Hökumət, dövlət idarələri, büdcə təşkilatları iş yeri yaratmalı, sərmayə yatırmalı deyil. Bunu iş adamı etməlidir və ona da şərait yaratmaq lazımdır ki, qanun çərçivəsində ürəyi istəyən qədər pul qazansın. İş yeri yaratmağa yönəlik tənzimləmə, o şəraiti yaratmaq dövlətin işidir. İş adamına pul qazanmaq imkanı yarat, o on minlərlə iş yeri yaradacaq. O, iş yerini ona görə yaratmayacaq ki, xalqa yazığı gələcək, hökumətə kömək etmək istəyəcək. Yox, sadəcə o pulunu çoxaltmaq, sandıqlarını doldurmaq istəyəcək. Bu onun yaranışdan haqqıdır. Daha çox qazanacaq, daha çox iş yeri yaradacaq, daha çox vergi və rüsum ödəyəcək, həm də rüsum ha, ödəniş yox. İş adamlarının da daha çox qazanmasına qısqanclıq etmək olmaz, etsək inkişaf etməyəcəyik. Əksinə, sevinək ki, qoy bizim də halal yolla milyonçu və milyarder olmuş iş adamlarımız var. 
 
Gülnar Nazimqizi
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol