Bölgələrə iqtisadi müstəqillik verməsək, sovet dövründəki kimi olacaq - ZAHİD ORUC

"Müstəqil iqtisadi mərkəzlərə görə ötən illərdə bölgələrin iqtisadi-sosial inkişafına 50 milyard manatdan artıq vəsait xərclənsə də ölkəmizdə coğrafi-iqtisadi qeyri-mütənasiblik davam edir. Ölkə ərazisinin cəmi 7%-nə və əhalinin 30%-nə malik Bakı-Abşeron yarımadasında 2019-cu ildə ümumi məhsul buraxılışının 75%-i, ölkə üzrə əhalinin illik ümumi gəlirin 62 %-i, ölkə üzrə ümumi sənaye istehsalının 89 %-i, iqtisadiyyata ümumi kredit qoyuluşunun 85%-i paytaxtda cəmlənib. 2010-2019-cu illərdə 154.0 milyard manatlıq əsaslı vəsaitin 67%-i Bakı şəhərinə yatırılıb. Bu vəziyyət regionların paytaxtdan daimi asılılığına və Bakı-Abşeron zonasına əhali axınına səbəb olur. Paytaxtın əmək, mənzil, qida və nəqliyyat sisteminə təzyiq son iki ildə daha da artıb. Hökumət büdcə siyasəti ilə iqtisadiyyatın tarazlı olmayan ərazi quruluşunu dəyişərək, 2-ci, 3-cü, 4-cü böyük şəhərləri formalaşdıra bilər. Bölgələrə iqtisadi müstəqillik verməsək, təşəbbüskarlıq zəif olacaq və sovet dövründəki kimi hamı mərkəzdən qərar və pul gözləyəcək.
Anews.az xəbər verir ki, bu sözləri İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc bu gün Milli Məclisdə büdcə layihəsinin müzakirəsi zamanı çıxışında bilidirib.
"Azərbaycan 2020:Gələcəyə baxış inkişaf konsepsiyası”nda 2020-ci ilə qədər minimum əmək haqqı orta aylıq əmək haqqının 60 faizinə çatdırılmalıydı: "Statistika Komitəsinin məlumatına görə orta aylıq əmək haqqı 707 manat, minimum əmək haqqı isə 250 manat-yəni, 25 faiz az, 35 faizlik nəticəyə nail olunub. Əlbəttə, növbəti ilin büdcəsində minimum əmək haqqı, yaşayış minimumu və istehlak səbəti kimi təməl meyarlarının yaxşılaşdırılması üçün hansı addımları ata biləcəyimizi indi elan etməliyik. Hökumət xalqa ünvanlı yardımdan çox, azad sahibkarlığın qarşısındakı baryerləri açmalıdır ki, dövlətə yardımı iş adamları özləri etsin. Komitə müzakirələri zamanı biz pensiyalar məsələsinə toxunmuşduq. Hesablama Palatasının rəyində 37-ci səhifədə deyilir ki, Azərbaycanda yaşa görə mövcud 716 min nəfər pensiyaçıdan 163 mini işləməkdə davam edir. Hamı bilir ki, pensiya amnistiyasının böyük müsbət təsirləri müqabilində yüz minlərlə adam hələ də sığorta stajını və sığorta kapitalını toplaya bilmir. Hər nazir dəyişdikcə yenilədiyimiz sabit olmayan pensiya qanunvericiliyi, mürəkkəb hesablama sisteminə malik təqaüd siyasətinin nəticəsidir. Pensiya siyasəti sadə və sabit olmalıdır. Ötən 3 ildə əlillik və pensiya təyinatı ilə bağlı 211 min nəfəri də biz o hüquqdan məhrum etmişik və indi onlara hansı iqtisadi-sosial alternativ yaratdığımız müharibədə qələbədən sonra hökumətin qarşısında ən böyük vəzifə kimi dayanır”, deyə Zahid Oruc əlavə edib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























