Rusiyaya konteyner qatarı ilə kənd məhsulları ixrac olunacaq

Azərbaycandan Rusiyaya işləyəcək konteyner qatarı 41 konteynerdən ibarət olacaq.
www.anews.az
Bunu "Rusiya Dəmir Yolları” SC-nin "Logistika” layihə ofisinin rəhbəri Alevtina Kirilova bildirib.
Onun dediyinə görə, Azərbaycandan Rusiyaya işləyəcək konteyner qatarı ilə kənd məhsulları gələn ilin yayından tez tədarük olunmayacaq: "O vaxtadək məsələ mərhələlərlə razılaşdırılacaq. Ondan əvvəl sınaq qatarı buraxılıb bütün mövcud nöqsanlar, səhvlər üzə çıxarılaraq aradan qaldırılmalıdır”.
Qatarın həftədə bir dəfə yola çıxacağını diqqətə çatdıran Rusiya nümayəndəsi daha sonra deyib:
"Əsas məsələ odur ki, həm Azərbaycan, həm də Rusiya tərəfi biz - logistika operatoru üçün yük çeşidini hazırlasınlar. Bu, logistika layihələrimizin söykəndiyi başlıca meyardır”.
RDY nümayəndəsi həmçinin qeyd edib ki, xurma yüklü dörd konteynerdən ibarət sınaq qatarı Azərbaycandan qonşu ölkəyə bu həftənin sonunda yola düşəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























