• $
  • €
  • ₽
  • ₺
  • £

İnflyasiyanın hədəf çərçivəsində saxlanılması müzakirə edilib

İnflyasiyanın hədəf çərçivəsində saxlanılması müzakirə edilib
18.11.2021 23:00
Azərbaycanda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Effektiv idarəetmə və makroiqtisadi göstəricilər üzrə işçi qrupunun növbəti iclası keçirilib.
 
Anews.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
 
Məlumatda deyilir ki, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar "Webex” platforması üzərindən keçirilən iclasda AMB ilə yanaşı, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Dövlət Neft Fondunun, Dövlət Statistika Komitəsinin, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, həmçinin "Ekvita” şirkətinin, "Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzi", "İqtisadi Təşəbbüslərə Yardım" Spektr Sosial-İqtisadi Araşdırmalar və İnkişaf" İctimai Birliklərinin təmsilçiləri iştirak edib.
 
İclas iştirakçıları işçi qrupun builki fəaliyyət planı çərçivəsində ilin ilk 10 ayı ərzində gördüyü işləri müzakirə edib, fəaliyyət planının tam icrasına nail olmaq üçün ilin sonuna qədər görülməli olan tədbirlər ətrafında fikir mübadiləsi aparıb. Büdcə şəffaflığının təmin edilməsi, borc dayanıqlılığının artırılması, inflyasiyanın hədəf çərçivəsində saxlanılması, dövlət tənzimlənməsi yükünün optimallaşdırılması və tənzimləmənin keyfiyyətinin artırılması ilə bağlı məsələlər iclasda əsas müzakirə mövzusu olub. İclasda həmçinin işçi qrupun 2022-ci il üzrə fəaliyyət planının ilkin layihəsi müzakirə edilib, iclas iştirakçılarının təkliflərinin nəzərə alınaraq layihənin təkmilləşdirilməsi qərara alınıb.
 
Qarşılıqlı müzakirə formatında aparılan iclasın nəticəsində iclas iştirakçıları ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin yüksəldilməsi istiqamətində irəli sürülmüş təklifləri nəzərdən keçilmək üçün Komissiyaya təqdim etməyi qərar alıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol