• $
  • €
  • ₽
  • ₺
  • £

AQTA uyğunsuzluqlarla bağlı müxtəlif ölkələrə 182 bildiriş göndərib

AQTA uyğunsuzluqlarla bağlı müxtəlif ölkələrə 182 bildiriş göndərib
22.11.2021 15:46
"Bu ilin ötən dövrü ərzində idxalda aşkarlanan uyğunsuzluqlar səbəbindən müxtəlif ölkələrə ümumilikdə 182 bildiriş göndərilib".
 
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.
 
Onun sözlərinə görə, həmin bildirişlərdən 125-i Rusiya (ərzaqlıq buğda – 98, ərzaqlıq qarğıdalı-6, toxumluq kartof- 21), 37-si İran (ərzaqlıq kartof- 36, toxumluq kartof -1), 15-i Gürcüstan (ərzaqlıq kartof- 5, toxumluq kartof - 10), 3-ü Türkiyə (tinglər-1, ərzaqlıq kartof -2), 1-i Ukrayna (günəbaxan toxumu), 1-i İspaniya Krallığına (pomidor toxumu) təqdim edilib.
 
Qoşqar Təhməzli bildirib ki, Azərbaycandan ixrac olunan məhsullarda aşkarlanan uyğunsuzluqlarla bağlı ümumilikdə 128 bildiriş daxil olub: "Həmin bildirişlərdən 109-u Rusiya (pomidor - 71, şaftalı-16, armud- 4 nektarin-4, digər-14), 17-si Qazaxıstan (pomidor), 2-si Ukraynadan (taxta qablaşdırma materialı) göndərilib. Daxil olan bildirişlərlə bağlı dərhal araşdırmalar aparılıb və müvafiq tədbirlər görülüb".
 
Hazırda qonşu ölkələr də daxil olmaqla, dünyanın bir çox ölkələrində kənd təsərrüfatı məhsullarına ciddi ziyan vurmaq potensialına malik olan virus və bakteriya mənşəli bir sıra xəstəliklər yayılır: "Həmin virus xəstəliklərinin əsas sahib bitkisi pomidor bitkisidir, lakin bu viruslar badımcançiçəklilər və digər fəsilələrə aid olan bitkilərdən badımcan, bibər, kartof və tütünə daha çox zərər vurur. Bununla bağlı ölkədə idxal tələbləri dəyişdirili və fitosanitar nəzarət tədbirləri daha da gücləndirilib".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol