AccessBank-da Riteyl Bankirlər Məktəbi başlayır

AccessBank iş təcrübəsi olmayan və bankçılıq üzrə karyerasını qurmaq istəyən universitet məzunları üçün "Retail Bankers School” (Retail Bankirlər Məktəbi) layihəsinə start verir.
Layihənin əsas məqsədi gəncləri bankçılığa cəlb etmək, yeni liderlər yetişdirmək və onları işlə təmin etməkdir.
Layihəyə qatılmaq üçün tələblər:
Dil bilikləri: azərbaycan dili – səlis, xarici dil (ingilis/rus) alqışlanır;
Yüksək ünsiyyətqurma bacarığı;
Aktivlik və operativlik;
Təşəbbüskarlıq və komandada işləmək bacarığı.
Riteyl Bankirlər Məktəbi layihəsində iştirak etmək istəyən namizədlər 30.11.2021-ci il tarixinədək linkə daxil olaraq, qeydiyyatdan keçə bilərlər:
https://bit.ly/3DZY7vf
Hər kəsə uğurlar!


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























