Nazir müavini ölkədəki qiymət artımının səbəbini AÇIQLADI

Azərbaycanda dövlət sosial sığorta haqları üzrə daxilolmaların 8,1% artıb.
Anews.az xəbər verir ki, bunu Iqtisasiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatların suallarına cavab verərkən deyib.
"BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqlamasına görə dünyada qiymət səviyyəsi son 30 ildə ən yüksək səviyyəyə çatıb. Bunun nəticəsində də ölkəyə idxal olunan məhsulların qiymətində artım müşahidə olunmalıdır. Bu da bizim inflyasiya səviyyəsinə ən çox təsir edən amildir. hazırda idxal indeksi 23 %-i keçib və hazır qida məhsulları idxal qiymətləri indeksi 25 %-i ötüb. Növbəti ildə inflyasiyanın səngiməsi gözlənilir. İnflyasiyanın yüksək səviyyədə olması nəzərə alınaraq, İqtisadiyyat Nazirliyi tərəfindən növbəti ildə qiymətlərin cari ildə olduğu kimi yüksək artımı proqnozlaşdırılmır. İnflyasiyanın aşağı səviyyədə saxlanılması üçün əsas amillərdən biri makroiqtisadi sabitliyin təmin olunmasıdır”, deyə nazir müavini bildirib.
Gülnar Nazimqizi
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























