• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Sığortaçılar Assosiasiyası beynəlxalq təşkilata üzv seçildi – İLK DƏFƏ

Azərbaycan Sığortaçılar Assosiasiyası beynəlxalq təşkilata  üzv seçildi – İLK DƏFƏ
25.11.2021 12:29
Azərbaycan Sığortaçılar Assosiasiyası Sığorta Assosiasiyalarının Qlobal Federasiyasına (GFIA) üzv seçilib.

ASA-dan verilən məlumata görə, katibliyi Brüssel şəhərində yerləşən Sığorta Assosiasiyalarının Qlobal Federasiyasının ötən gün keçirilən növbəti iclasında gündəlikdə duran məsələlərdən biri məhz Azərbaycan Sığortaçılar Assosiasiyasının Federasiyaya üzvlüyü ilə bağlı olub. Keçirilən səsvermə nəticəsində ASA-nın Federasiyaya üzvlüyü yekdilliklə dəstəklənib. Bununla da Azərbaycan Sığortaçılar Assosiasiyasının ilk dəfə beynəlxalq quruma üzvlüyü gerçəkləşib.
Məlumat üçün bildirək ki, ASA Sığorta Assosiasiyalarının Qlobal Federasiyasına üzv olmaqla GFIA-in Baş Assambleyalarında ildə iki dəfə iştirak, "Insurance Europe” illik konfransında iştirak, Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının (IAIS) illik konfransında iştirak, təkrarsığorta ilə bağlı həlledici əhəmiyyətə malik məsələlər üzrə IAIS, OECD və digər beynəlxalq təşkilatlarla məlumat mübadiləsi və müzakirələrin aparılması, dünya sığortaçılarına aid hesabatların və xəbərlərin həftəlik "digest” təqdimatını əldə etmək, beynəlxalq
sorğularda iştirak etmək, digər üzv assosiasiyalarla əlaqələrin qurulması, Brüsseldə yerləşən katibliyin inzibati dəstəyini əldə etmək və s. kimi
imkanlara sahib olmuş olur.

Qeyd edək ki, Sığorta Assosiasiyalarının Qlobal Federasiyası 2012-ci ilin oktyabr ayında Vaşinqtonda sığorta assosiasiyalarının görüşündə yaradılıb. Federasiya, qeyri-rəsmi olaraq 2008-ci ildən fəaliyyət göstərən Beynəlxalq Sığorta Assosiasiyaları Şəbəkəsini (INIA) əvəz edir. Federasiyaya 66 ölkədən 43 üzv, 1 müşahidəçi daxildir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol