Bu ölkələrdən idxala məhdudiyyət qoyuldu

İsrail Dövlətinin Cənub dairəsində, İrlandiya Respublikasının Monaxan inzibati ərazi vahidində, Niderland Krallığının Frislandiya əyalətində, İngiltərənin Yorkşir-Humber və Şimal-Qərb İngiltərə regionlarında, Almaniya Federativ Respublikasının Aşağı Saksoniya və Şimali Reyn-Vestfaliya vilayətlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
AQTA-dan Anews.az-a verilən məlumata görə, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə İsrail Dövlətinin Cənub dairəsindən, İrlandiya Respublikasının Monaxan inzibati ərazi vahidindən, Niderland Krallığının Frislandiya əyalətindən, İngiltərənin Yorkşir-Humber və Şimal-Qərb İngiltərə regionlarından, Almaniya Federativ Respublikasının Aşağı Saksoniya və Şimali Reyn-Vestfaliya vilayətlərindən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən və emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən Azərbaycan Respublikasının ərazisindən diri quşların tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























