Ruslan Əliyev: “2022-ci ildən qaz çəkilişi qaydaları dəyişəcək"

"Azəriqaz” İstehsalat Birliyinin elə abonenetləri var ki, il ərzində onların 10-15 dəfə sayğac qutusunu dəyişirik".
O bildirib ki, ancaq "Azəriqaz” buna da gedir: "Bəzən belə abonentlər sosial şəbəkədə bununla bağlı yazır, sayğacın şəklini qoyur. Amma biz daha ona reaksiya vermirik, çünki həmin abonentin sayğac qutusunu keçən həftə dəyişmişik. Görünən budur ki, həmin abonent sayğac qutusunu hansısa formada düzgün bağlamır, sayğac qutusu sınır və sairə”.
R. Əliyev deyib ki, qurumun bütün mövcud abonentlərə sayğaca qədər və hətta sayğac da, sayğac qutusu da daxil olmaqla bütün xidmətlər birmənalı ödənişsizdir: "Ancaq yeni abonent olmaq üçün abonentə sayğac və qutu ödənişsiz verilir. Qaldı ki, abonent digər fərdi evlərdə bir mənbə olaraq qazın çəkilişini həyata keçirmək istəyirsə, bunun üçün də xüsusi lisenziyalı təşkilatlar var ki, onlar da mərkəzləşdirilmiş formada işləyirlər”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























