• $
  • €
  • ₽
  • ₺
  • £

“Türkiyəyə 16,5 milyard dollar yatırım etmişik” - SOCAR-dan AÇIQLAMA

“Türkiyəyə 16,5 milyard dollar yatırım etmişik” - SOCAR-dan AÇIQLAMA
30.11.2021 12:33
Türkiyəyə 16,5 milyard dollar yatırım edilib, bunu "SOCAR Türkiyə”nin baş direktoru Zaur Qəhrəmanov İstanbulda keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, 10 mindən çox insan işlə təmin edilib, podratçı şirkətləri də nəzərə alsaq, bu rəqəm yüz minlərə çıxır.
 
"2021-ci ili yaxşı nəticələrlə bitiririk. Böhrana baxmayaraq, "SOCAR Türkiyə” olaraq ayaqda dura bildik. Hazırda Türkiyənin ən böyük xarici investoruyuq. Türkiyəyə 16,5 milyard dollar yatırım etmişik. Son 2 ildə ən böyük uğurlarımızdan biri "SOCAR Türkiyə”nin ən böyük sənaye holdinqi statusunu qazanmağımızdır. Azərbaycan şirkətlərinin Türkiyədə bu statusu qazanmağı hamımız üçün böyük nailiyyətdir”, - deyə o, bildirib. 

Qəhrəmanov əlavə edib ki, bu il tədqiqat və inkişaf şirkəti holdinqə qatılıb.
 
"Artıq biz bunun nəticəsini görürük. Holdiqə daxil olan ilk şirkət "Petkim”dir. 50 ilin şirkəridir. Türkiyənin neft-kimya məhsullarının 17 faizini qarşılayır. Bu il "Petkim” üçün çoz uğurlu oldu. İl hələ bitməyib, biz tarixdə ən rekord qazancımızı açıqlamışıq. Ümumilikdə 5 minə yaxın insan bu şirkətdə çalışır”, - baş deyə direktor söyləyib. 

SOCAR 2008-ci ildə Özəlləşdirmə İdarəsindən "Petkim”in alınması ilə Türkiyədə fəaliyyətə başlayıb. Bu günə qədər SOCAR Terminal, Petkim, STAR Neft Emalı Zavodu və TANAP daxil olmaqla investisiya dəyəri 16,5 milyard dolları keçib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol