• $
  • €
  • ₽
  • ₺
  • £

2022 ci ildə 2 milyondan çox insanın sosial ödənişlərində artım olacaq

2022 ci ildə 2 milyondan çox insanın sosial ödənişlərində artım olacaq
30.11.2021 13:40
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində növbəti kollegiya iclası keçirilib.
Nazirlikdən  bildirilib ki, Prezident İlham Əliyevin tapşırığı ilə son illər sosial sahədə aparılan islahatları qeyd edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu islahatların davam etdiyini bildirib.
 
Nazir vurğulayıb ki, dövlət başçısının imzaladığı "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncama uyğun olaraq 2022-ci ilin dövlət büdcəsinin layihəsində sosial ödənişlərin artırılması ilə bağlı islahatlar nəzərə alınıb. Əmək müqaviləsi ilə çalışanların böyük qisminin əməkhaqları artırılacaq. Bu islahat 1 milyonadək işçini əhatə edəcək. O cümlədən, minumum əməkhaqqında artım olacaq. Ümumilikdə, 2022-ci ilin əvvəlindən 2 milyondan çox insanı əhatə edən pensiya, müavinət, təqaüd, əməkhaqqı, sosial yardım formasında sosial ödənişlərdə artımlar olacaq.
 
Sahil  Babayev bildirib ki, 2022-ci ildə minimum pensiyaların artımı ilə yanaşı, pensiyaların indeksləşdirmə əsasında artırılması da nəzərdə tutulur.
Qeyd olunub ki, ümumən pensiya islahatlarında məqsəd dövlət pensiya sisteminin davamlılığının qorunması ilə yanaşı, bu sistemdə yeni humanist yanaşmaların tətbiqi, pensiya təminatına əlçatanlığın artırılmasıdır. Son illərdə bu istiqamətdə mühüm addımlar atılıb, qarşıdakı dövrdə də davam edəcək.
İmtiyazlı kateqoriyalara aid vətəndaşların mənzillə təminatı proqramından bəhs olunub. 2021-ci il artıq şəhid ailələri, müharibə əlilləri və digər həssas kateqoriyadan olan 2500 şəxsə mənzillərin sənədi təqdim edilib. Həmçinin bu il daha 164 müharibə əlillinə dövlət büdcəsi hesabına minik avtomobili verilib.
İclasda daha 182 peşə və kvalifikasiya standartının təsdiq edilməsi qərara alınıb. Bildirilib ki, peşə və kvalifikasiya standartları işçi qüvvəsinin işəgötürənlərin tələbinə cavab verməsi və rəqabət qabiliyyətinin artırılması, peşə-ixtisas təhsili proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması məqsədilə hazırlanır. Ümumən 2021-ci ilin ötən dövründə 700-dək peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq edilib və ilin sonuna bu rəqəmin 1000-ə çatdırılması planlaşdırılıb.
 
Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi sahəsində aparılan işlər diqqətə çatdırılıb. Əməyin mühafizəsi üzrə beynəlxalq standart olan İSO 45001 əsasında milli standartların hazırlanması, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin yaradılması işlərinin sürətləndirilməsi tapşırılıb.
 
Əlilliyin qiymətləndirilməsi işlərindən bəhs olunub. Bu ilin ötən dövründə 51 minədək şəxsə əlillik təyin edildiyi, əlilliyi olan 8 min şəxsə 40 mindən çox protez-ortopedik və digər reabilitasiya vasitəsinin verildiyi, aşağı və yuxarı ətrafları amputasiya edilmiş 164 hərbçinin 173 ən müasir 4-cü nəsil elektron protezlə təmin edildiyi qeyd olunub.
 
Ödənişli ictimai işlər proqramının icrası, sosial təminatın həyata keçirilməsi, sosial xidmətlər, əlilliyin qiymətləndirilməsi və reabilitasiya, övladlığagötürmə və s. sahələrdə bu ilin ötən dövründə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol