Növbəti ilin büdcə layihəsi təsdiqləndi - RƏSMİ

Milli Məclisin payız sessiyasının bu gün keçirilən plenar iclasında "2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılaraq qəbul olunub.
Anews.az xəbər verir ki, 2021-ci ilin təsdiq olunmuş layihəsi ilə müqayisədə 2022-ci büdcə layihəsində büdcə gəlirləri 1milyard 389 milyon manat artırılaraq 26 milyard 816 mikyon manata, xərcləri isə 1milyard 336 milyon artırılaraq 29 milyard 879 milyon manata çatdırılıb.
Dövlət büdcəsinin kəsiri 3 milyon 63 milyon manat, 2022-ci il infiliyasiya orta illik göstəricisi 4faiz, Ümümi Daxil Məhsul artımının real artım tepi 3.9 faiz, neftin orta illik bir barelinin qiymeti ise 50 dollar olacagi proqnozlasdirilir.
Dövlət büdcəsinin vergi və gömrük rüsumlarının formalaşan gəlirləri bu ilin təsdiq olunmuş göstəriciləri ilə müqayisədə 1milyard 930 milyon manat artıq nəzərdə tutulub.
Büdcıə layihəsində sosial sosial yönümlü xərclərin ümümilikdə 1 milyard 649 milyon manat artırılaraq 13 milyard 850milyon manata, və ya dövlət büdcə xərclərinin 46.4 faizinə çatdırılıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























