Gələn il bu sahələrə ayrılan pulun məbləği artırılıb

2022-ci dövlət büdcə layihəsindən xərclər bölməsindən 172 milyon 887.6 min manat azaldılaraq digər xərc istiqamətləri üzrə məbləğlərə ayrılıb.
Anews.az-ın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında büdcə layihəsinin III oxunuş zamanı təqdimatında deyib.
76 milyon 8 min manat sosila müdafiə və sosial təminat xərclərinin artırılması üçün bundan sosial müdafiə xərclərinin artımı 76 milyon 462 min manat, uşaq və ailə dəstək mərkəzinin saxlanması xərcləri isə 337 min manat təşkil edəcək.
70 milyon 527 min manat hüquq mühafizə bölməsi üzrə hüquq mühafizə orqanlarında əmək haqqı, saxlanma, ştatların konsepləşdirilməsi üzrə bağlı xərclərə yönəlib. Son zamanlar işğaldan azad olunmuş ərazilərdə baş verən asayişin pozulması ilə bağlı hadisələr bir daha göstərir ki, bu istiqamətdə gələcəkdə də xərclərin,əlavə xərclərin yaranmasına ciddi ehtiyac yaranacaq.
15 miyon 363 min manat rabitə və nəqliyyat bölməsi üzrə dövlət informasiya sistemilərinin və ehtiyatlarının formalaşdırılması,saxlanılması, və mərkəzləşdirilmiş şəkildə idarə edilməsi üçün nəqliyyat sahəsində tədbirlərin maliyyələşməinə yönələcək.
5 milyon 369 min manat mənzil kommunal təsərrüfatı bölməsi üzrə Bakı və digər rayon və şəhərlərdə mənzil komunal təsərrüfatı və əsaslı təmiş işləri ilə bağlı xərclərin artırılmasına yönəldiləcək.
2 milyon 642 min manat ümümi dövlət xidməti xərcləri bölməsi üzrə bundan 1milyon 500 min manat yeni rəsmiləşdirilmiş üzvülük haqqları və öhdəliklərə, yeni yaradılmış Türk Mədəniyyəti və irsi fonduna , Türk akademiyasına, 942 min manat əmək haqqı xərclərinin artırılmasına 200 min manatı isə qeyri maddi aktivlərin alınmasına yönəldiləcək. 1 milyon 750 min manat mədəniyyət və incəsənət informasiya bədən tərbiyəsi, gənclər siyasəti üzrə artımlara yönləndiləcək.
437 min manat ətraf mühitin mühafizə bölməsinin artımına yönəldiləcək bu da Bəsitçay dövlət qoruğunun fəaliyyətinə maliyyələşməsi ilə əlaqədar olacaq.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























