• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağ su təsərrüfatı obyektlərinin elektron xəritəsi hazırlanıb

Qarabağ su təsərrüfatı obyektlərinin elektron xəritəsi hazırlanıb
03.12.2021 15:58
Zəngilanda yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin bərpa edilməsi məqsədilə ərazidə ekoloji vəziyyətin qiymətləndirilməsi və zəruri infrastrukturun yaradılması istiqamətində işlərə başlanılıb, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev UNEC İqtisadi Forumu çərçivəsində keçirilən "Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya" adlı paneldə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, tullantıların idarə olunması məsələsi də diqqət tələb edir. Nazir bildirib ki, işğaldan azad edilmiş ərazilər də daxil olmaqla, ölkə üzrə bərk məişət tullantılarının idarə edilməsinin müasir standartlara uyğun təşkili, müvafiq infrastruktunun yaradılması və bu sahədə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə müvafiq Hökumət Komissiyası yaradılıb.

O qeyd edib ki, işğaldan azad edilən ərazilərdə tullantıların yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin müasir standartlara uyğun qurulması və idarə edilməsi qarşıda duran hədəflərdəndir.
 
"Bu prosesi mütəşəkkil qaydada həyata keçirmək, həmçinin ekoloji vəziyyəti yaxşılaşdırmaq və qeyd olunan sahənin gələcəkdə mərhələlərlə bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirmək nəzərdə tutulub", - deyə o bildirdi. 

M.Babayev vurğulayıb ki, ötən müddət ərzində işğaldan azad edilən ərazilərdə iqtisadiyyatın layihələndirmə və planlaşdırma ehtiyaclarının təmin olunması üçün Nazirliyin müvafiq xidməti tərəfindən uçuş aparatları vasitəsilə 213 kvadrat kilometr ərazinin fotoçəkilişləri aparılıb, ortofotoplanlar və rəqəmsal topoqrafik planlar hazırlanıb.
 
"Bununla yanaşı coğrafi informasiya sistemləri bazasında işğaldan azad olunmuş ərazilərdə yerləşən su və su təsərrüfatı obyektlərinin elektron su xəritəsi hazırlanıb", - deyə əlavə etdi. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol