2023-cü ildə dünyanın turizm paytaxtı bu şəhər olacaq

İspaniyanın Madrid şəhərində BMT-nin Ümumdünya Turizm Təşkilatı Baş Assambleyasının 24-cü sessiyasında qədim Səmərqənd şəhəri 2023-cü ildə dünyanın turizm paytaxtı elan edilib.
O bildirib ki, BMT-nin Ümumdünya Turizm Təşkilatı Baş Assambleyasının 25-ci sessiyası 2023-cü ildə Səmərqənddə keçiriləcək. Sessiyaya 1000-dən çox qonağın gələcəyi gözlənilir.
A.Abduhakimovun sözlərinə görə, artıq tədbirin hazırlıq işlərinə başlanıb. Yeni mehmanxanaların, restoranların tikintisi planlaşdırılır.
Tikilməkdə olan "Samarkand Touristic Centre” 212 hektar sahəni əhatə edəcək. "New Renaissance” adlı konqress-hollda mehmanxanalar, restoranlar və digər xidmət obyektləri olacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























