• $
  • €
  • ₽
  • ₺
  • £

Əmək müqavilələrinin nə qədəri özəl sektorun payına düşür? -AÇIQLAMA

Əmək müqavilələrinin nə qədəri özəl sektorun payına düşür? -AÇIQLAMA
08.12.2021 13:12
30 faiz artan əmək müqavilələrinin 75 faizi özəl sektorun payına düşür. Digər tərəfdən isə əmək haqqı fondu 92 faiz artıb, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Azərbaycan Karyera İnkişaf Forumu"nda deyib.
 
O bildirib ki, Azərbaycanda məşğulluğun genişləndirilməsi hökumət siyasətinin ana xəttlərindən birini təşkil edir.

"Orta əmək haqqı 40 faiz, median əmək haqqı 75 faiz artıb ki, bu da Azərbaycan siyasətinin fərdi, sosial inkişaf sahəsində gördüyü işlərin nəticəsidir. Məşğulluq orqanları tərəfindən 2 300-dən çox şəxs işə düzəlib, 36 min kiçik ve mikro təsərrüfat yaradılıb ki, bu da 36 min ailənin davamlı gəlir sahəsi deməkdir. Nəzərə alsaq ki, hər il 100 mindən çox gənc əmək bazarına daxil olur, onların arasında ixtisaslı işçilərin sayı o qədər də çox deyil. Bu istiqamətdə tədbirlər artırılmalı və işçi qüvvəsinin inkişafı təmin olunmalıdır", - deyə sözlərinə əlavə edib


Sahil Babayevin sözlərinə görə, əmək bazarının artan tələblərinə uyğun olaraq bacarıqlı işçi qüvvəsinin yetişdirilməsində aidiyyəti dövlət qurumları ilə birlikdə müzakirələr aparılır və yeni proqramlar hazırlanır.

"İşğaldan azad olunan ərazilərdə proqram üzrə bərpa işləri görüldükcə həmin ərazilərdə məşğulluq təmin olunacaq. Aktiv məşğulluq tədbirləri özünəməşğulluq proqramı və məqsədli proqramlı layihələr çərçivəsində əhalinin işğaldan azad olunan ərazilərə köçürülmə prosesinə uyğun olaraq biz orada məşğulluğu maksimum formada təmin etməyə çalışacağıq. Hazırda orada podratçı şirkətlər və müvafiq dövlət şirkətləri tərəfindən işlər aparılır və onların ehtiyacını qarşılayacaq işçi qüvvəsi təmin edilib. Biz öz növbəmizdə əhalinin böyük qayıdış çərçivəsində planlı şəkildə oraya köçürülməsini gözləyirik. Bu proses mərhələli şəkildə həyata keçirildikcə məşğulluq sahəsində də ardıcıl tədbirlər təşkil ediləcək", - deyə nazir bildirib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol