İran və Azərbaycan rəsmiləri qaz sazişini müzakirə edib

İran və Azərbaycan üçtərəfli qaz mübadiləsi sazişinin icrası və sazişin icra mərhələlərinin hazırlanmasını müzakirə ediblər.
İran mətbuatının yaydığı məlumata görə, bu, İranın neft naziri Cavad Ovci Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə müzakirə olunub.
Bu ilin noyabrın 28-də Aşqabadda İran, Azərbaycan və Türkmənistan arasında qaz mübadiləsinə dair üçtərəfli saziş imzalanıb. Müqaviləyə əsasən, Türkmənistandan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək qaz göndəriləcək.
Görüşdə Cavad Ovci, neft və qaz sahəsində ikitərəfli münasibətlərin və Tehran-Bakı əməkdaşlığının inkişaf etdirilməsi vacibliyini vurğulayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























