“Saxta siqaret və alkoqol kənardan gətirilmir, zirzəmilərdə istehsal edilir” - Səfər Mehdiyev

"Qaçaqmalçılıq fəaliyyətinin mövcudluğunu heç kim inkar etmir. Hesabatlarımızla tanış ola bilərsiniz, biz hər il ölkəyə qaçaqmal yolu ilə və saxta məhsulların daxil olmasının qarşısını alırıq. Bəzən tütün məmulatları ilə dolu yük maşınlarını saxlayırıq”.
"Yeri gəlmişkən, ötən il ölkəyə qanunsuz yolla gətirilərkən müsadirə etdiyimiz bütün tütün məmulatlarını və dərman preparatlarını hərbçilərimizin ehtiyaclarının ödənməsi üçün Müdafiə Mazirliyinə təhvil vermişik”.
Komitə sədri qeyd edib ki, siqaret, alkoqol, dərman və qızıl məmulatlarının qaçaqmalçılığı ilə mübarizə bütün dünyada gedir:
"Bizi daha çox dəniz yolu ilə qaçaqmalçılıq narahat edir. Mütəmadi olaraq balıqçı gəmilərində Azərbaycana adı çəkilən malların qanunsuz gətirilməsinə cəhdlər olur. Bu yaxınlarda DTX və Dövlət Sərhəd Xidməti ilə birlikdə Xəzərdə xüsusi əməliyyat keçirmişik, qaçaqmalçılıq kanallarını müəyyənləşdirmişik. Qaçaqmalçılar da dinc durmurlar, malların çatdırılmasının yeni yollarını və üsullarını axtarırlar.
Səfər Mehdiyev "Ölkəyə qaçaqmal yolu ilə gələn saxta məhsullarla mübarizəni kim aparmalıdır?” sualına belə cavab verib:
"Fiskal orqanlarının hamısı - gömrük komitəsi, vergi xidməti, həmçinin hüquq-mühafizə orqanları ticarətdə qaçaqmalçılıqla mübarizə aparır. Ancaq gəlin beynəlxalq statistikaya nəzər salaq. Qaçaqmalçılıqla mübarizədə Azərbaycan ən yaxşı göstəricilərdən birini nümayiş etdirir.
Və biz bunu bilirik. Əlimizdə ciddi faktlar var. Azərbaycanda, zirzəmilərdə saxta alkoqol - viski, araq, konyak istehsal olunur… Biz bununla mübarizəni davam etdiririk, bir neçə cinayətkar şəbəkəni zərərsizləşdirməyə müvəffəq olmuşuq”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























